Milli Məclisdə iclas keçirilir
Tarix: 21-09-2023, 10:33
Baxılıb: 116
Google+ Paylaş
Tumblr Paylaş

Milli Məclisdə iclas keçirilir

21-09-2023, 10:33

Milli Məclisdə Asiya Parlament Assambleyası (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclası keçirilir.
Publika.az xəbər verir ki, iclasda Milli Məclisin sədri Sahibə Qafarova, Bəhreyn, Fələstin, İndoneziya, İran, İraq, Kamboca, Küveyt, Pakistan, Qazaxıstan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Tailand, Tacikistan, Türkiyə və Asiya Parlament Assambleyasının Katibliyinin nümayəndə heyəti iştirak edirlər.
İclasda “Asiyada mədəni müxtəlifliyin təşviqi və mədəni irsin qorunması istiqamətində tədbirlər haqqında” qətnamə layihəsi, “İnformasiya və kommunikasiya texnologiyaları vasitəsilə Asiyaya inteqrasiyası haqqında” qətnamə layihəsi, Asiyada səhiyyə bərabərliyi uzrə əməkdaşlıq haqqında” qətnamə layihəsi, “Asiya parlamentariləri korrupsiyaya qarşı” qətnamə layihəsi, “APA qadın parlamentariləri haqqında” qətnamə layihəsi və digər bir sıra qətnamələrə baxılacaq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ