Kremldən cavab gəldi: Qahirənin Bakı ilə İrəvan arasında vasitəçilik təşəbbüsünə
Tarix: 23-02-2023, 14:10
Baxılıb: 280
Google+ Paylaş
Tumblr Paylaş

Kremldən cavab gəldi: Qahirənin Bakı ilə İrəvan arasında vasitəçilik təşəbbüsünə

23-02-2023, 14:10

“Rusiya Bakı ilə İrəvan arasında vasitəçilik səylərinin təkrarlanmasının qarşısını almağı vacib hesab edir”.
reportyor.org xəbər verir ki, bunu, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “TASS” agentliyinə Misirin Bakı ilə İrəvan arasında sülh prosesinə kömək etmək təşəbbüsünü şərh edərkən deyib.
Qaluzin bildirib ki, Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsləri alqışlayır, əsas odur ki, davam edən vasitəçilik səylərinin təkrarlanmasına yol verilməsin.
“Bakı və İrəvan arasında barışıq Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər toplusuna əsaslanır”, - Qaluzin əlavə edib.
Qeyd edək ki, bir müddət öncə Misir prezidenti Əbdülfəttah əs-Sisi bildirib ki, Misir Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün bu ölkələr arasında vasitəçi olmağa hazırdır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ