İlham Əliyev bu şəxslərin maaşlarını 100 faiz artırdı - SƏRƏNCAM
Tarix: 14-04-2020, 15:47
Baxılıb: 3 063
Google+ Paylaş
Tumblr Paylaş

İlham Əliyev bu şəxslərin maaşlarını 100 faiz artırdı - SƏRƏNCAM

14-04-2020, 15:47

Prezident İlham Əliyev xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb. 
Bununla bağlı AZƏRTAC məlumat yayıb. 
Sərəncama əsasən, xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının bir misli miqdarında müddətli əlavə müəyyən edilib.
Nazirlər Kabineti müəyyən edilən müddətli əlavənin şamil olunacağı işçilərin əhatə dairəsini və əlavənin ödənilmə müddətini müəyyən etməlidir.
Sərəncam koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmətlər göstərilməsinin səmərəli təşkili məqsədi daşıyır. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ