"Uralsk Rusiyaya verilməlidir” dedilər, sonra üzr istədilər
Tarix: 2-12-2022, 11:11
Baxılıb: 173
Google+ Paylaş
Tumblr Paylaş

"Uralsk Rusiyaya verilməlidir” dedilər, sonra üzr istədilər

2-12-2022, 11:11

Qərbi Qazaxıstan vilayətindən olan təxribat xarakterli videonun müəllifləri Qazaxıstan xalqından üzr istəyiblər.
Musavat.com Qazax24.info-ya istinadla xəbər verir ki, bundan əvvəl sosial şəbəkələrdə üç qazağın əcnəbi ilə söhbətində Uralsk və Çapayevo kəndinin yerləşdiyi ərazisinin Rusiyaya verilməli olduğunu bildirən video yayılıb. Onlar həmçinin zorakılığa çağırış edir, bildirirlər ki, burada onlar kimi düşünənlət çoxdur və əlavə edirlər: “Mənə avtomat verin”.
Həmin gün axşam saatlarında polis MTN idarəsinin əməkdaşları ilə birlikdə videoda görünənləri saxlayıb. Onlardan biri azyaşlıdır.
"Ekstremist-separatçılar"ın üzrxahlıq videosu yayılıb. Onlardan biri deyir: 
“Mən bütün Qazaxıstan xalqından üzr istəyirəm, biz hamımız sülh və harmoniya şəraitində yaşayırıq. Qalanları sadəcə təxribatdır, mən də axmaq kimi buna düçar oldum”.
Videonun qəhrəmanları ilə bağlı “Nifrətin qızışdırılması” maddəsi ilə araşdırma başlanılıb.
Onu da qeyd edək ki, son vaxtlar Rusiya tərəfindən Qazaxıstan dövlətinə qarşı bu kimi təxribatçı, araqızışdıran ifadələrin yayılması halları artıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ