Rusiya kosmosa hərbi peyk göndərib.
Sonxeber.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi hərbçilərin istifadə edəcəyi "Kosmos-2564" peykini Pletesk Kosmik Bazasından kosmosa göndərdiyini açıqlayıb.
Rusiyanın Arxangelsk vilayətindəki Plesetsk Kosmik Bazasından TSİ saat 18:17-də Soyuz 2.1b raketi ilə buraxılan "Kosmos-2564" adlı peykin orbitə uğurla yerləşdiyi bildirilib.
"Kosmik gəmi nəzərdə tutulan vaxtda Aviasiya və Kosmik Qüvvələrin nəzarətinə keçdi" ,- deyə nazirlik bildirib.
Qeyd edək ki, Rusiya sonuncu dəfə noyabrın 2-də Plesetsk Kosmik Bazasından hərbi peyk buraxıb.