Pandemiya fonunda milli liderlik - İlham Əliyevi fərqləndirən özəllik
Tarix: 12-04-2020, 00:48
Baxılıb: 703
Google+ Paylaş
Tumblr Paylaş

Pandemiya fonunda milli liderlik - İlham Əliyevi fərqləndirən özəllik

12-04-2020, 00:48

Azərbaycan "zərbə mövqeyi"ndə ciddi beynəlxalq təşəbbüslərlə çıxış edir

"Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı var".

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev 10 aprel tarixində Türk Şurasının video-konfrans şəklində keçən fövqəladə sammiti zamanı öz çıxışında söyləyib. Xatırladaq ki, virtual görüş İlham Əliyevin şəxsi təşəbbüsü ilə baş tutub - Türk Şurasında sədrlik ötən il Azərbaycana keçib.
Palitra qəzeti“Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk ...

COVİD-19-la mübarizə məsələsində həqiqətən də dövlətlərarası səviyyədə səylər çox mühümdür. Ondan da az əhəmiyyətli olmayan məsələ təcrübə mübadiləsidir ki, burda da Azərbaycanın yüzdə- yüz təklif edəcəyi nələrsə var. Yada salaq, bizim ölkəmiz hələ xəstə və yoluxanların sayının artmasından öncə sərt önləyici tədbirlər görməyə başlayıb. Və bu gün 10 milyonluq Azərbaycanla, misal üçün, Belçikada yoluxanların və həyatını itirənlərin sayını müqayisə eləmək kifayətdir ki, düşünmək üçün qida olsun.

Ola bilsin, burada əsl vaxtıdır ki, politoloqlar və ekspertlərin nə deyəcəkləri ilə maraqlanasan - hansılar ki, lap yaxınlarda türkdilli ölkələrin dövlətlərarası əməkdaşlığı haqda böyük şübhə ilə danışır və "dodaqlar arası" mızıldanırdılar: bəli, ortaq köklər haqda söhbətlər çox gözəl səslənir, bu zəmində bir neçə mədəni festival keçirmək olar və bundan artıq heç nə.

Amma bu gün Türk Şurası, İlham Əliyevin qeyd elədiyi kimi, ilk beynəlxalq təşkilatdır ki, pandemiya dövründə video-rabitə formasında öz sammitini keçirib. Və öz tərəfimizdən əlavə edək: həm də konkret əməkdaşlıq və dəstək proqramlarını müzakirə edib.
Türk Konseyi Genel Sekreterinin 3 Ekim Nahçıvan Anlaşmasının 10 ...

Diskussiya genişmiqyaslı alındı - sammitin işində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan prezidenti Sooronbay Jeenbekov, Özbəkistan prezidenti Şavkat Mirzəyev, Türkmənistan prezidenti Qurbanqulu Berdimühəmmədov, Macarıstanın baş naziri Viktor Orban, həmçinin Türk Şurasının baş katibi Bağdad Amreyev iştirak ediblər. Video-rabitə vasitəsilə Türk liderlərinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesusun qoşulması artıq tədbirin önəminin açıq-aşkar təsdiqi idi.

Üstəlik, Qebreyüsus Azərbaycanda koronovirusla mübarizənin strategiyasını da, ölkəmizin ÜST-ə göstərdiyi köməyi də yüksək qiymətləndirdi. Bundan əlavə, Avropa Birliyinin üzvü olan Macarıstanın baş naziri Viktor Orban da daxil, görüş iştirakçıları humanitar köməyə görə Azərbaycan və Türkiyəyə təşəkkür elədilər və onu da vurğuladılar ki, Avropadan gözlənilən köməyi almayıblar. Bu isə Türk Şurasının artıq işlək və nüfuzlu beynəlxalq təşkilat olduğunun parlaq sübutudur. Bundan heç də az önəmli olmayan reallıq - Azərbaycanın və ölkəmizin prezidenti İlham Əliyevin beynəlxalq nüfuzunun təsdiqidir.

Bu da hamısı deyil.

Hazırda bəlli səbəblərdən diqqət mərkəzində - koronovirus, ona yoluxanların və sağalanların sayı, epidemiyanın pikinin nə vaxt olacağı və nə vaxt səngiməyə üz tutacağı haqda proqnozlardır. Ancaq ekspertlər artıq iqtisadiyyatla nə etməli, onu üzücü tənəzzüldən necə çıxarmalı yönündə qiyamçı suallar verirlər. Elələri də var ki, xəbərdarlıq edir: iqtisadi böhran, sosial təlatümlər, aclıq və qarışıqlıq koronovirusdan heç də az insan həyatını məhv etməyəcək.


Bax, bu fonda, yəni ümumi "koronavirus təlaşı" situasiyasında, - nə zaman ki, Beynəlxalq Valyuta Fondunun rəhbərlərinin təbirincə desək, "dünya iqtisadiyyatı dayanıb", - Türk liderləri məhz elə əməkdaşlığın konkret proqramlarını, ilk növbədə isə tranzit yük daşımalarıını müzakirə ediblər.

İlham Əliyev öz çıxışında həmçinin deyib: "Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görüb. Qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yükdaşımaları fasiləsiz olaraq həyata keçirilir. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur".

Öz növbəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bildirib: "Biz Türkiyə ilə Azərbaycan və Gürcüstan arasında yük daşımaları üçün istifadə edilən dəmiryolu xəttini Orta Asiyayadək uzada bilərik. Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə mövcud yükə əlavə olaraq gündəlik 3500 ton yükün daşına bilməsi üçün işlər görürük. Bağlanan quru yollarla əlaqədar Azərbaycan və Qazaxıstan türk nəqliyyatçıları üçün mühüm bir tranzit marşruta çevrilib".
525-ci Qəzet - “Türk Şurasının fövqəladə Zirvə görüşü aramızdakı ...

Əlavə edək: bu əməkdaşlığın "aparıcı konstruksiyası" Azərbaycan layihələri olub və qalmaqdadır. Daha dəqiqi, ölkəmizdə həyata keçən "infrastruktur inqilabıdır". Söhbət Ələt qəsəbəsində tikilən yeni ticarət limanından, bərə ötürücüsündən, Bakı-Tiflis-Qars dəmiryolundan, şose yolların modernləşdirilməsindən, nəhayət, yük daşımalarını mahiyyət etibarilə karantin məhdudiyyətlərindən çıxaran siyasi qərarlardan gedir. Bütün bunlar uzaqgörən iqtisadi strategiyadır və bu gün o, artıq başqa dəyər və məzmun daşıyır.

Və belə demək mümkünsə, bu "bekqraund" (ingiliscədən tərcümədə özəllik, baza biliyi, intellektual səviyyə və ya professional təcrübə anlamında - red.) imkan verir ki, Dünya Bankının (DB) "Azərbaycan proqnozları" fərqli şəkildə qiymətləndirilsin. Bu nüfuzlu beynəlxalq maliyyə institutunun ekspertlərinin fikrincə, 2020-ci ildə Azərbaycanın ÜDM-də geriləməsi koronavirus pandemiyası və ən aşağı neft qiymətləri fonunda 0.2% təşkil edəcək.
Bu, əlbəttə ki, kədərlidir. Halbuki bu il üçün həmin Dünya Bankı ölkəmizdə 2.3% artım proqnozlaşdırırdı. Ancaq faciə də deyil. Hər halda aqrosənaye sektorunda 5%-dən çox artım vəd edilir. Ən əsası, DB qeyd edir ki, rezervlərin olması (ÜDM-nin təxminən 100%-i) və dövlət borcunun aşağı səviyyəsi Azərbaycana hətta belə qəliz situasiyalarda da manevr etmək imkanı yaradır. Başqa sözlə, bizim ölkəmizin böhrandan minimal itkilərlə çıxmaq şansı var.
İlham Əliyevin rəhbərliyi altında infrastruktur modernləşməsindən tutmuş, yeni klinikaların inşasınadək, həyata keçirilən bir çox islahatlar bu gün koronavirus fonunda yeni dəyər qazanır. Və buradaca artıq "yay tusovkası"nda (çevrə, oyun, gecə gəzintisi, görüş, yarış və s. - red.) məşhur olan hikmətli bir deyimi yada salmaq olar: pilota qəliz vəziyyətdən çıxmaq üçün yüksəklik, sürət və ideya lazımdır. Ən başlıcası, necə hərəkət eləməyi bilən kapitan gərəkdir. Dövlətə isə böhran fonunda dayanıqlı iqtisadiyyat, möhkəmliyin maliyyə ehtiyatı və dəqiq strategiya lazımdır. Ən əsası, belə vəziyyətlərdə ölkəyə əsl lider gərəkdir.
Prezident İlham Əliyev: İndiki pandemiya şəraitində süni qiymət ...

Ölkəmizin belə bir lideri var - Azərbaycan prezidenti İlham Əliyev. Bizim bugünkü nikbinliyimizin əsas şərti də elə budur.

P.S. Yazının rusca orijinalı ilə bu linkdə tanış ola bilərsiniz.

Nurani, siyasi icmalçı,
Minval.az
https://m.minval.az/news/123978885


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ