İzi yer üzündən silinmiş planet sakinləri
Tarix: 23-10-2022, 16:12
Baxılıb: 343
Google+ Paylaş
Tumblr Paylaş

İzi yer üzündən silinmiş planet sakinləri

23-10-2022, 16:12

Leyla Sarabi
İnsanın mübarizə ruhu bütün keyfiyyətlərindən üstün hətta xüsusiyyətlərinin cəmidir. Fərqindəsinizsə, bütün məqamlarda, hər bir hadisənin başlanğıcında hər şey hazırlığımızın faizi ilə hesablanır. Şübhə etdiyin yolda addımlamaq sənə qeyri-müəyyənliyə itələnmək kimi gəlir.
Bəzi hallarda pərdələrini özü ilə gün daşıyan bütün yollara bağlayırsan. O qaranlığın içində qaranın bütün çalarları gözünü dünyaya daha çox açır. Pandemiya görünün ( ilahi varlıqlar bir də bizə evə möhkəm qapanmalar göstərməsin) gözəl sloqanı var idi- "daxilinə get".
Üzünü günəş isitdikcə, heç durmayan şikayətlər, səngiməyən küylər qulağını kar etdikcə, mümkün deyil içindəki enerjidən qidalanmaq. Bugün içimizə yolumuzu bağlayan, bizi bizdən ayıran sərhədlərimizin sayı durmadan artır. Yorğunluğumuz dostumuzun, doğmamızın, bir otağın içində yaşadıqlarımızın istisi ilə yox əlimizdəki qacetlərin verdiyi küt həzzlə xəfifləyir.
Əslində biz istər təbii, istər qandan doymayan xalqların yaratdığı süni fəlakətlərlə, bir yandan da insan şüurunun fazadan-fazaya keçidinin təcrübə dovşanlarıyıq. Əlbət ki bizim üzərimizdə sınanmış bu çevrilmə övladlarımız, nəvələrimiz- transhuman üçün stabil həyat tərzi, alışdığı məişət qayğısızlığı olacaq. Amma istənilən mühitə keçid kimi bunun da sancısı bizim ayağımıza yazılır. Hər halda unutma ki, zamanın sürətindən geridə qaldıqca təmənnasız hədiyyən olan növbəti gününü bir daha emal edilməmək üzrə zibil qutusuna atırsan. Əslində biz duyğularımızı qucaqlayıb cənnət və cəhənnəmin varlığına məsumca inanan son yaradılışıq.
Bəlkə də illər, əsrlər sonra xarakteristikamız tarix kitablarında geni yer üzündən silinmiş planet sakinləri kimi anılacaq. Yəqin məhz bu səbəbdən barmaq uclarımızdakı enerjini bərk-bərk sıxıb telefon ekranına təmas etmək yerinə doğmalarımızın saçına çəkməliyik. Səhv etməyin, yıxılandan sonra gülərək ya ağlayaraq qalxıb yola davam etməyin bizə xas ən özəl üstünlüyümüz olduğunun fərqinə varmalıylıq. Gün ərzində nə qədər xatırlamaqdan boyun qaçırsaq da biz insanların yeganə təsəllisi içimizi çürüməyə qoymayan mübarizəmizdir.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ