loading...

Qazaxlı iş adamı Elşad Məmmədov İbrahim Nehrəmlidən 355 min manatını tələb edir

“Avesta” Konserninin prezidenti, “Xəzər Adaları” layihəsinin müəllifi İbrahim Nehrəmlinin 355 min manatını mənimsədiyini qazaxlı iş adamı Elşad Məmmədov yenidən redaksiyamıza müraciət ünvanlayıb. Avropa.info xəbər verir ki, bu dəfə E. Məmmədov İbrahim Nehrəmlinin qaynı olan Ələsgər adlı şəxslə arasında keçən dialoq haqda yazıb.
Həmin müraciəti sizə təqdim edirik: “Mənim İbrahimlə olan problemimi bütün ölkə bilir. Mən özüm Allaha inanan və namaz qılan adamam. Mənim bir dostum mənə 2014 ildə dedi ki, İbrahimin qaynı Ələsgər də bizim namaz qıldığımız məscidə gəlir. Yasamaldakı İlahiyyat məscidinə gedərək, mən də cümə namazından sonra Ələsgərlə görüşüb, bir müsəlman qardaş kimi şəriətlə bu məsələni həll etmək istədim. Cümə namazından sonra Ələsgərin maşınını mənə göstərdilər. Ələsgərin sürücüsü onu gözləyirdi. O gəlib maşına oturduqda yaxınlaşıb “salam aleykum, qardaş, sən Ələsgərsənmi?” deyə soruşdum. O, “Bəli, Ələsgərəm”, dedi. Mən onunla danışmaq istədiyimi deyərək avtomobildən düşməsini xahiş etdim. Maşınından enərək, “nə məsələdir?” dedi. Mən ona özümü təqdim edərək, “sənin qohumun İbrahim Nehrəmli – mən mömin, yetim oğlan və 3 övlad atasının haqqını yeyib”, dedim.
Cümə namazından çıxan hacı Ələsgər bir özündən çıxmaq-çıxdı ki, özüm də məəttəl qaldım. Müsəlmana, hacıya yaraşmayan tərzdə qışqır-bağır salmağa başladı.
“Hə, o sənsən hacını biabır və rəzil edən gürcüstanlı? Prezident Aparatının qarşısında çadır quran öz övladlarınla?”
Ona dedim ki, birincisı gürcüstanlı yox, qazaxlı. İkincisi isə çadırla yox, yorğan-döşəklə getmişdim. O, bir az da özündən çıxaraq, “sən kimsən, hacıya şər atırsan, onu biabır edirsən? Bilirsənmi ki, hamı hacıya atır”, deyə üzərimə bağırdı.
Dedim ki, hacıya kimin atdığını bilmirəm amma mənim bura gəlməyimin səbəbi hacının mənə atmağıdır. Ələsgər, “belə danışdığın üçün prinsipə sənin pulunu vermir”, deyərək cavab verdi..
Bundan başqa, Ələsgərin özü də mənə iki oğlunun “Avesta” konsernində girov olduqlarını deyib. MTN, DİN və prokurorluğa bir daha müraciət edirəm. Bu məsələnin bir daha şəffaf şəkildə araşdırılmasını istəyirəm. Mənə hədə-qorxu gələn və saxta məhkəmə qərarları ilə özünü təmizə çıxaranı tanıyırsınız”. Qazaxlı iş adamı Elşad Məmmədov  İbrahim Nehrəmlidən  355 min manatını tələb edirБесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər