Belçika AES-lərin istismar müddətini uzatdı
Tarix: 23-07-2022, 15:42
Baxılıb: 261
Google+ Paylaş
Tumblr Paylaş

Belçika AES-lərin istismar müddətini uzatdı

23-07-2022, 15:42

Belçika hökuməti 2025-ci ildə dayandırılması planlaşdırılan atom elektrik stansiyalarının istismar müddətini daha 10 il uzatmaq üçün Fransanın enerji şirkəti "Engie" ilə razılığa gəlib.
reportyor.org xəbər verir ki, bu barədə krallığın baş naziri Aleksandr De Kroo sosial media hesabında məlumat yayıb:
“Federal hökumət və Engie şirkəti iki atom elektrik stansiyasının fəaliyyət müddətlərinin uzadılmasına dair prinsipial razılığa gəlib”.
Belçikada enerji təchizatı təhlükəsizliyini təmin etmək üçün tədbirlər gördüklərini bildirən De Kroo ilin sonuna qədər şirkətlə nüvə stansiyaları ilə bağlı yekun razılaşmanın əldə ediləcəyini vurğulayıb.
Qeyd edək ki, Müqavilə çərçivəsində 1985-ci ildə Belçikada inşa edilən "Doel 4" və "Tihange 3" reaktorlarının istismar müddəti daha 10 il uzadılacaq. Sözügedən min meqavat-saatlıq reaktorlar 2036-cı ilə qədər fəaliyyətini davam etdirəcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ