loading...

VƏTƏN QAYIRACAĞAM

VƏTƏN QAYIRACAĞAM

Vaz keçib bayraqdan, himndən, gerbdən,
Özümə bir vətən qayıracağam.
Şimalı cənubdan, şərqisə qərbdən...
Qardaşı qardaşdan ayıracağam.

Borçalı gedibdir, Qazax da getsin,
Təbrizə yaxın da, uzaq da getsin,
Göyçəylə vurulduq, qoy sağ da getsin,
Yaramdan al qanı soyuracağam.

Nəyimə lazımdı Gəncə, Gədəbəy,
Qarabağ üçün də göstərmərəm səy.
Nazçıvan çox uzaq qalıbdı, ay bəy,
Satıb öz qarnımı doyuracağam.

Aran çox istidi, dözə bilmir can,
Lənkəran, Astara... unut getsin, dan.
Hər yanı ataraq təkcə Bakıdan,
Özümə bir vətən qayıracağam.



Reportyor.orgVƏTƏN QAYIRACAĞAMБесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər