loading...

Dəhşət:Şamaxıda müəllim zorladığı şagirdlə evlənir

Bir Dəhşət:Şamaxıda müəllim zorladığı şagirdlə evlənirmüddət əvvəl gündəmi zəbt edən Şamaxıda müəllim-şagird izdivacı məsələsi müsbət həllini tapmaqdadır.
Azerinews.tv bildirir ki, bu haqda modern.az-a kəndin Ağsaqqallar Şurasının sədri hacı Neman Əfəndiyev deyib.
O, mətbuata müraciət edərək bu məsələni qabartmamağı xahiş edib: "Biz - kəndin ağsaqqalları, həmçinin qonşu kəndlərin ağsaqqalları danışıb razılığa gəlmişik. Bu işi yoluna qoymaq üzrəyik. Ailələr barışıb, Elnurun da azadlığa çıxmasına çalışırıq. Xahiş edirik ki, bu məsələdə diqqətli olasınız, ailələrin işinə qarışmayın. Bu nifaqın uzanması heç kimin xeyrinə deyil".
Qeyd edək ki, Şamaxı rayonunun Pirbəhli kəndində yetkinlik yaşına çatmayan məktəbli qızın müəllimi tərəfindən zorla cinsi əlaqəyə məcbur edilməsi və hamilə qalması günlərlə müzakirə olundu. Ailələr bir-birilərinə qarşılıqlı ittihamlar irəli sürdülər.
Müəllim E.İbrahimovun atası hadisədən sonra oğlunun həmin qıza əl belə vurmadığını demişdi. Araşdırmalar zamanı bəlli oldu ki, Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibovun 7 aylıq hamilə olan qıza bakirəliyi haqda rəy verib.
Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma gedir. Hadisədə adı hallanan müəllim Elnur İbrahimov ailəlidir, 2 övladı var. Rüsvayçı olaydan sonra onunla həyat yoldaşı arasında narazılıq yaranıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər