Türkiyəyə qarşı Qazaxıstan ssenarisi? - Dövlət Bağçalı haqlıdırmı...
Tarix: 13-01-2022, 09:51
Baxılıb: 362
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyəyə qarşı Qazaxıstan ssenarisi? - Dövlət Bağçalı haqlıdırmı...

13-01-2022, 09:51

MHP lideri həyəcan təbili çalaraq bəyan edib ki, Qazaxıstan hadisələri Türkiyədə də sınaqdan çıxarıla bilər; deputat: “2016-da xalqın Ərdoğana verdiyi dəstək göstərdi ki, heç zaman buna imkan verməyəcəklər”

Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Bağçalı sensasion iddia ilə çıxış edib. Onun sözlərinə görə, Qazaxıstan hadisələri Türkiyədə də sınaqdan çıxarıla bilər. “Yeni Müsavat” xəbər verir ki, MHP lideri Türkiyədə 2016-cı ildə hərbi çevrilişə cəhdi nəzərdə tutub və xarici qüvvələrin yenidən fəallaşa biləcəyini istisna etməyib. Bağçalı “Bizim fikrimizcə, Qazaxıstanda qeyri-qanuni nümayişlərdə FETÖ-nün barmağının araşdırılması təcili və zəruridir. Bu casus və həşiş terror təşkilatının hədəf ölkələrdə necə piyada kimi istifadə edildiyini ən yaxşı bilən və tanıyan ölkə Türkiyədir”, - deyə bəyan edib.
MHP lideri deyib  ki, əzabımız birdirsə, terrorçulara münasibətimiz də belə olmalıdır: “Qonşu qonşunun külünə, qardaşa qardaşın kömək əli lazımdır. Necə ki, Qarabağda Azərbaycanla bir ürək olduq, Nur-Sultanda da Qazaxıstanla bir yerdə olmağımıza heç bir maneə yoxdur. Bu gün Qazaxıstanda edilənlər sabah Türkiyədə sınanacaq. Çünki Türk Dövlətləri Təşkilatının iradəsi düşmən və müdaxiləçi qüvvələrin qorxusuna səbəb olur. Şablon eynidir. Söhbətlər oxşardır. Təbliğat mənbələri və təxribat mexanizmləri bir-birinə çox yaxındır”.
MHP lideri haqlı ola bilər, xüsusən Türkiyənin son illərdə güclənməsi, müstəqil siyasət aparması, hərbi sənaye kompleksinin inkişafı, Qarabağ müharibəsində mühüm rolu, Cənubi Qafqazda mövcudluğu ayrı-ayrı qlobal gücləri, həmçinin müttəfiqi Amerikanı, strateji tərəfdaşı Rusiyanı da narahat etməkdədir. Türkiyə iqtidarına qarşı təzyiqlər, sanksiyalar, zaman-zaman həmlələr təbii ki, müəyyən güclərin həyata keçirdiyi planlar olub. O baxımdan qardaş ölkənin yenidən qarışdırılması istəyinə düşən dairələrin olması istisna deyil. Nəzərə alsaq ki, Turan birliyi ideyasının genişləndirilməsi də beynəlxalq güclərin ürəyincə deyil, yəni təkcə Rusiyanın yuxusunu qaçırmayıb. Ancaq Almatı iğtişaşlarının İstanbulda təkrarlanması üçün zəmin varmı? Türkiyədə qarşıdurmaların yaradılması mümkündürmü?
Razi Nurullayevin rəhbəri olduğu AXCP-nin adı dəyişdirilib
Razi Nurullayev
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin “Yeni Müsavat”a bildirdiyinə görə, analoji hadisələr Türkiyədə 2016-da baş verib və qarşısı qətiyyətlə alınıb. Deputat hesab edir ki, Türkiyə həmişə hərbi çevrilişlər yaşayıb və ordu proseslərin başında dayanıb: “Siyasi iddiası olan hərbçilər, siyasətçilər ordunun gücündən istifadə edərək hakimiyyəti ya təzyiq altında saxlayıblar, ya da çevrilişə nail olublar. İndiki cümhurbaşqanı Ərdoğandan sonra orduda əsaslı dəyişikliklər baş verdi və sivil ordu formalaşdırıldı. Belə desək, ordu siyasətə qarışmır. Çünki generallar siyasi bəyanatlar verirdi, proqramların qəbulunda etiraz bildirirdi, hökumətləri şantaj edirdilər. Amma Ərdoğan hakimiyyəti dönəmində bütün bu mahiyyət dəyişdi, artıq ordu siyasətin içində deyil. Ona görə Türkiyədə Qazaxıstan hadisələrinin olması mümkün deyil, amma cəhd göstərilməsi də istisna deyil”.
R.Nurullayevin fikrincə, Bağçalı kifayət qədər informasiyalı bir partiya lideridir və görünür, müəyyən şübhələri də olmamış deyil: “Lakin 2016-da xalqın Ərdoğana verdiyi dəstək göstərdi ki, heç zaman buna imkan verməyəcəklər. Türkiyə xalqı çevrilişlərdən fayda görmədiyini anlayır və əgər yenidən aqressiya cəhdi olacaqsa, bunun qarşısında dayanacaqlarına inanıram. Sadəcə, ölkənin sosial problemləri kifayət qədər artıb, bu da lirənin ucuzlaşması, bahalaşmadan irəli gəlir, nəticədə əhalinin narazılığı çoxalıb. Bu sosial narazılıq zəminində seçkilər keçirilsə, hazırkı iqtidar çətinliklər yaşaya bilər”.
Ramiyə Məmmədova: "Hazırkı vəziyyətdə Türkiyə ABŞ-dan yox, əksinə, ABŞ  Türkiyədən asılıdır" - KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi
Ramiyə Məmmədova
Türkiyədə yaşayan siyasi şərhçi Ramiyə Məmmədova Qazaxıstan hadisələri kimi dağıdıcı iğtişaşlar gözləmir. Onun fikrincə, MHP lideri FETÖ amilinə diqqət çəkmək istəyib, amma çevrilişə təkrar cəhd üçün şanslar yoxdur: “Ərdoğan hakimiyyəti kifayət qədər möhkəmlənib, ordu sağlamlaşdırılıb, içindəki qüvvələr təmizlənib, o dövrlər daha geridə qaldı. Eyni zamanda ordunun proseslərə müdaxiləsi son dərəcə məhdudlaşdırılıb və artıq generallar siyasətə qarışmırlar. Qazaxıstanda baş verənlər sosial şüarlarla başlamışdısa, siyasi rəng aldı və ardınca xaosa çevrildi. Güman etmirəm ki, indi Türkiyədə oxşar ssenariyə hazırlıq getsin. Bunu hansısa məkrli qüvvələr arzulaya bilər, amma reallaşdırılması imkansızdır”.
Ekspertin sözlərinə görə, hazırda Türkiyənin ciddi problemi lirənin ucuzlaşması və yaşanan bahalaşmadır: “Lakin hakimiyyət xalqa açıqdır və səbəbləri izah edir, yolları göstərir, vəziyyətdən çıxış üçün addımlar atılır. Bu mənada hansısa gərginlik ocaqları yaranmayıb ki, xarici qüvvələr qızışdırıb iğtişaşlar törətsinlər. Türkiyə ilə Qazaxıstan siyasətini də bir cərgəyə qoymaq olmaz. Tokayev iqtidarı avtoritar xarakterə malikdir və onun hadisələri sakitləşdirmək üçün xalqının üstünə rus ordusunu dəvət etməsi göstərdi ki, öz millətindən qopmuş siyasətçidir. Amma Ərdoğan hökuməti qiymətləri məqsədli şəkildə artırmır, heç zaman xalqın üzərinə hansısa ölkənin ordusunu gətirməz, əksinə, 2016 hadisələrində xalqa çağırış etdi və dəstək istədi, millət də onun yanında oldu. Bu baxımdan Bağçalının iddialarını bir o qədər bölüşmürəm. Əgər FETÖ təhlükəsi qalıbsa, bunu Türkiyənin xüsusi xidmət orqanları araşdırıb meydana çıxara bilər”.
Asif Nərimanlı: “Ermənilərin bir hədəfi də əsgərimizi əsir götürmək olub” -  JURNALİST ARAŞDIRMA MƏRKƏZİ
Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlı isə düşünür ki, hədəf başqa ölkə ola bilər: “Qazaxıstanı müzakirə etmək üçün keçirilən KTMT toplantısında növbəti hədəf açıq şəkildə elan edildi - Özbəkistan. Lukaşenko bildirdi ki, Özbəkistan dərs çıxarmalıdır, məlumatımıza görə terrorçuların baxışları ora yönəlib. Putin də Qazaxıstanda baş verənləri ”beynəlxalq terrorizmlə" əlaqələndirdi. Bu, KTMT-nin müdaxiləsini legitimləşdirməklə yanaşı, region ölkələrini gözləyən “təhlükənin” də elan edilməsidir. Putin gerçək niyyətini də Lukaşenkonun dili ilə çatdırır".
Təhlilçi bildirir ki, Özbəkistan 2012-ci ildə KTMT-dəki fəaliyyətini dayandırıb, Avrasiya İqtisadi İttifaqında müşahidəçi statusda təmsil olunsa da, Nazarbayev Qazaxıstanından belə daha müstəqil xəttə malik ölkədir: “İslam Kərimovun zamanında Özbəkistan qapalı və Rusiya-Çin-Qərb üçbucağında balans siyasətinə üstünlük verirdi. Son dövrlər Daşkəndin Ankara ilə münasibətləri xüsusilə seçilir, Mirziyoyev ölkəsini 2019-cu ildə Türk Şurasına üzv etdi. Şuranın Türk Dövlətləri Təşkilatına çevrilməsinə, türk birliyi istiqamətində inteqrasiyaya töhfə verir. 2000-ci illərdən sonra Türkiyə ilə əlaqələri faktiki kəsən Kərimovdan fərqli olaraq, 2017-ci ildə Ankaraya səfər etdi və bu səfərlə münasibətlərdə yeni mərhələ başlandı. 2020-ci ildə Özbəkistan və Türkiyə arasında hərbi əməkdaşlıqla bağlı saziş imzalandı, bir il sonra Rusiya ilə də 5 illik hərbi əməkdaşlıq sazişini imzalamaqla balansı qorudu, hərçənd hərbi və digər istiqamətlərdə Ankara-Daşkənd münasibətlərinin Daşkənd-Moskva münasibətlərinə nisbətən daha öndə olduğu müşahidə edilir”.
Onun fikrincə, hədəfdə olan digər ölkə kimi Qırğız Respublikası görünür: “Rəsmi Bişkek rus ittifaqında yer alsa da, yeni hakimiyyət müstəqil xətt yürütməyə meyllidir, xüsusilə prezident Japarovun millətçi keçmişi və mövcud mövqeyi bunu deməyə əsas verir. Japarovun KTMT-nin Qazaxıstanın müzakirə edildiyi iclasına qatılmaması da bu kontekstdə diqqət çəkir. Qırğız-Tacikistan sərhədindəki gərginlik müdaxilə üçün güclü əsaslardan biridir”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ