loading...

ABŞ “yaşıla”arxa çevirən ölkələri necə diz çökdürür? – Təhlil

ABŞ “yaşıla”arxa çevirən ölkələri necə diz çökdürür? – TəhlilAmerika dolları digər bütün valyuta vahidləri üzərində nəyi şişirdib göylərə qaldırır? Dünya bazarında neft alqı-satqısını ancaq bu valyutanı işlətmək imkanı ilə.

1973-cü ildə ABŞ-la Səudiyyə Ərəbistanı arasında başlamış danışıqlar nəticəsində “neft dollarının təkrar dövriyyəsi” adlı sistem yaradılarkən Səudiyyə Ərəbistanı neft satışı zamanı ancaq dolları qəbul etməyə başladı. Sistem yetərincə sadə idi. Səudlar nefti dollara satır və neft satışından gəlirləri Amerika bankları və istiqrazlarına qoyurdular. ABŞ varlandı, BVF isə neft ixrac edən ölkələrə kredit verərkən bu valyutadan istifadə etdi. Rəsmiləşmiş bu sazişi o zaman Amerika xarici siyasət idarəsinə rəhbərlik edən Henri Kissincer 1974-cü ildə hazırladı. Neft dollarının təkrar dövriyyəsi 1975-ci ildə OPEK-in bütün ölkələrinə yayıldı. Neft alqı-satqısı əsasında bütün dünya iqtisadiyyatına nəzarət edilir, kimin kredit alacağı, öz neft ehtiyaclarını ödəyə biləcəyi, kimin inkişaf edib-etməyəcəyi haqda qərarlar bu qayda ilə qəbul olunurdu.

Bunun sayəsində dünyanın idarə edilməsi ABŞ-ın əlindəydi. Dünyanın nə qədər ki neftə ehtiyacı var idi, o, dollarla satılmalıydı; energetik tələbatını ödəməli olan ölkələr dollar tapmalıydı; dünya bu qayda ilə dollara məhkum edildi və ABŞ-dan asılı oldu. ABŞ öz növbəsində idarə etdiyi qlobal bazar hesabına öz hegemoniyasını saxladı və siyasi, iqtisadi xarakterli bütün qlobal qərarları qəbul edə bildi.

Neft dollarının təkrar dövriyyəsi Bretton-Vud sisteminin iflasından sonra dollar əsasında Amerika hegemoniyasını saxlamağa xidmət edən əla sistemi təmsil edirdi. Əlbəttə, bu sistemlə problemi meydana çıxanların taleyi o qədər də yaxşı olmadı.

Səddam Hüseyn 2000-ci ildə bildirdi ki, İraq neft satışından gəlirləri dollarla deyil, avro ilə əldə edəcək. Əlbəttə, Səddam diktator idi, lakin Amerika İraqı nə üçün işğal etdi? Demokratiya gətirmək üçün, yoxsa ölkənin neft yataqlarına birbaşa nəzarət və onu neft dollarının təkrar dövriyyəsi sisteminə qaytarmaq üçün?

Liviyanın keçmiş lideri Mümmər Qəddafi 2009-cu ildə Afrika Birliyinə başçılıq edirdi və bu qurumun Avropa Birliyindəki kimi vahid valyutaya keçidini təklif etdi. Bu da neftlə zəngin ölkə tərəfindən neft dolları təkrar dövriyyəsi sisteminə açıqca meydan oxumaq idi. Qəddafi diktator idi və qətiyyən yaxşı adam deyildi. Lakin ABŞ başda olmaqla NATO niyə “ərəb baharı”nı dəstəkləməyə tələsdi və Suriyada tamam özgə mövqe sərgilədiyinə baxmayaraq, Liviyanı bombalamağa başladı? Doğrudanmı, alyans Liviya xalqının tərəfindəydi, yoxsa dolların hegemoniyasına qarşı qalxmış adamı aradan götürürdü?

İranla Venesuela 2005-ci ildə Amerika dollarına qarşı birləşdi. Uqo Çaves tədarük edilmiş neftə görə dollar yox, avro hesabı açmağa hazırlaşırdı. İran 2003-cü ildən avro tələb edir. Amerika hegemoniyasına meydan oxuyan İranın nəsibinin nələr olduğu və son nəticədə rejimin dəyişilməsini necə yaşadığı haqda keçən məqaləmizdə danışmışıq. Çavesin rəhbərlik etdiyi Venesuela Buşun idarəçiliyi dönəmində ABŞ-ın dəstəyi ilə dövlət çevrilişi cəhdləri ilə üzləşdi. Nə qədər ki Çavesin xələfinin – dövlətin yeni başçısı Maduronun dövründə Venesuela “antidollar” mövqeyini qoruyub saxlayır, nə Venesuela küçələrində “demokratik” etirazlar, nə də Obama administrasiyasının bu ölkəyə münasibətdə sanksiyalarında kəm-kəsir olub.

Türkiyə neft ixracatçısı olmasa da, neft dollarının təkrar dövriyyəsi sisteminə meydan oxuyaraq İrandan aldığı neftin dəyərini “Halkbank” vasitəsilə türk lirəsiylə ödədi. ABŞ İranın neft satışından gəlirlərini “çirkli pul” adlandırıb güman etdi ki, nüvə silahı istehsalına sərf olunacaq. Amerikanın fikrincə, “HalkBank” təkcə Türkiyə üçün yox, İrandan neft alan Hindistan kimi başqa ölkələrə də hansısa yankeçmə mexanizmini ifadə edir. Neft dollarının təkrar dövriyyəsinə aydın şəkildə meydan oxundu. Bunu edənləri cəza gözləyirdi. İranda rejim dəyişildi, eyni hadisə Türkiyədə də baş verməliydi.

Oxşar durum Braziliya üçün də səciyyəvi idi. Braziliyanın ən populyar lideri Lula da Silva bu günlərdə “korrupsiya” və Brazilyanın “Petrobras” neft şirkəti ilə bağlı “çirkli pullar” ittihamı üzrə həbs edildi. Yəqin ki, ittihamlar Lulanın havadarlıq etdiyi yeni dövlət başçısı Dilma Rusefə də çatacaq. Çünki bu qadın 2003-2010-cu illərdə “Petrobras”ı idarə edirdi. Rusef bir tərəfdən onun istefaya çağıran beynəlxalq KİV-in təzyiqi, digər tərəfdən qaynamaqda olan Braziliya küçələri ilə üzləşib. Tərəfdaşlardan birinin çıxması ilə hakim koalisiyanın dağılması Braziliyaya həm siyasi, həm də iqtisadi baxımdan burulğanlı günlər yaşadır.

Xatırladaq ki, Türkiyə və İranla birlikdə Tehran bəyannaməsini imzalayan və BMT-də İrana qarşı sanksiyaların əleyhinə səs vermiş Braziliya neft dollarının təkrar dövriyyəsindən yan keçmək məqsədilə bu yaxınlaradək Cənubi Amerikanın başqa ölkələri və BRHÇC üzvləri ilə danışıqlar aparırdı.

Rusiya, Çin, Cənubi Koreya, Səudiyyə Ərəbistanı… Başqa sözlə, bütün ölkələr dolların daha təməl valyuta olmadığı dünyadan danışmağa və buna hazırlaşmağa başlayıb. Türkiyə kimi inkişaf etməkdə olan ölkələrə də nəsə deyilməlidir. Onlar faktiki olaraq neft dolları sistemindən yan keçir.

2009-2012-ci illərdə dünyanın maliyyə çevrələrində neftin məxsusi yaradılmış valyuta zənbili vasitəsilə alqı-satqısı kimi təkliflər ciddi şəkildə müzakirə olundu. Lakin ABŞ hamını susmağa məcbur etdi. Hələ kimsə deyir ki, “ali zəka” – mənasız cəfəngiyyatdır. Hesab edirəm ki, bunu üzərində bir daha düşünməyinə dəyər…Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər