Melorasiya İdarəsində müammalı tender - Tenderin qalibi iki eyni profilli dövlət şirkəti oldu
Tarix: 13-12-2021, 13:25
Baxılıb: 805
Google+ Paylaş
Tumblr Paylaş

Melorasiya İdarəsində müammalı tender - Tenderin qalibi iki eyni profilli dövlət şirkəti oldu

13-12-2021, 13:25


Ucar rayon Suvarma Sistemləri İdarəsi tender elan edib və tenderin qalibi eyni dövlət qurumun başqa bir rayonu olub. Gundeminfo.az rəsmi qaynaqlara istinadən xəbər verir ki, Ucar Suvarma Sistemləri İdarəsinin elan etdiyi tenderin qalibi 3200026031 VÖEN hesabı üzrə Ağdam Meloservis İdarəsi olub.

Suvarma arxlarının və kanallarının lildən təmizlənməsi işlərinin satın alınması məqsədilə elan edilmiş 34 min536 manatlıq tenderin qalibi bəlli olub. Müsabiqədə qalib elan olunan qurum hüquqi ünvanını Bərdə rayonu Nizami küçəsi ev 115 kimi göstərib.

Qeyd edək ki, tenderi elan edən qurum da qalib olan təşkilat da Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabedir. Ağdam Meloservisin tenderin qalibi olaraq göstərdiyi hüquqi ünvanı da araşdırdıq. Bəlli oldu ki, Bərdə rayonunda Nizami Gəncəvi küçəsi ev 115-də heç bir rəsmi dövlət qurumu yerləşmir. Gundeminfo.az-ın araşdırmları zamanı tenderin qalibi elan edilən qurumun, yəni Ağdam Meloservis idarəsinin rəsmi ünvanı (http://mst.gov.az/assets/upload/files/94.Agdam%20M%C4%B0.pdf) olaraq Ağdam rayonu, Quzanlı qəsəbəsi göstərilib.

Apardığımız araşdırma üzrə qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Qeyd edək ki, rəsmi olaraq ASC-nin saytında qeyd edilən hər iki qurumun müvafiq əlaqə telefonları qeyd edilmədiyindən onlarla əlaqə yaratmaq mümkün olmadı.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ