Ərdoğan-Bayden görüşündən GÖZLƏNTİLƏR: Türkiyə iki önəmli məqamda RAZILAŞMALIDIR – ŞƏRH
Tarix: 31-10-2021, 14:10
Baxılıb: 1 098
Google+ Paylaş
Tumblr Paylaş

Ərdoğan-Bayden görüşündən GÖZLƏNTİLƏR: Türkiyə iki önəmli məqamda RAZILAŞMALIDIR – ŞƏRH

31-10-2021, 14:10

“Bu gün Ərdoğanla Bayden arasında “F”-lər məsələsinin müzakirə ediləcəyi görüş baş tutacaq. Amerika Türkiyəni F-35 proqramından xaric etsə də, F-16 məsələsində 50/50-yə dayanır. Məlumat üçün bildirim ki, iki liderin görüşündən əvvəl Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ilə həmkarı Sergey Lavrov görüşmüşdü.”

Bu sözləri siyasi ekspert Elman Vəliyev Ərdoğan və Baydenin görüşünü KAİM.az-a şərh edərkən deyib.

Ekspert Amerikanın Türkiyəyə qarşı sanksiyalarını və lirənin dəyər itirməsinin səbəblərini həmin mövzu ilə əlaqələndirib:
“Amerikanın istədiyi Türkiyənin S-400-lərdən imtina etməsidir. Türkiyə tərəfi bunu etmədiyi üçün Amerikanın sanksiyalarına məruz qalır. Diqqət etdinizsə, Ərdoğan Putinlə görüşdükdən və S-400-lərdən imtina etməyəcəyini dedikdən sonra “Lirə” bir xeyli ucuzlaşdı.”
Elman Vəliyev Ərdoğanın diqqət mərkəzində ola biləcək əsas məsələləri açıqlayarkən qeyd edib ki, bura da Putin fiquru da nəzərə alınmalıdır:
“Zənn edirəm ki, bu görüşdə Ərdoğan bu məqamlara fokuslanacaq. Bu, Türkiyə üçün çox önəmli məqamdır. Ancaq zənn etmirəm ki, S-400-lərdən imtina etsin. F-16 məsələsində uzlaşma ola bilər. Rusiya isə Türkiyənin Amerika ilə yaxınlaşması qarşılığında Suriyada əməliyyatlar aparacaq. Türkiyə tərəfi bu 2 önəmli məqamı tarazlaşdırmalıdır. Suriya da Türkiyə üçün çox önəmlidir. Türkiyənin tək tərəfli mövqe nümayiş etdirəcəyini hesab etmirəm.” – deyə siyasi ekspert vurğulayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ