Türkiyə SON ŞANSI verdi: Ankara və Moskva "BÖYÜK RAZILAŞMA"nı hər an elan EDƏ BİLƏR
Tarix: 19-10-2021, 14:59
Baxılıb: 954
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyə SON ŞANSI verdi: Ankara və Moskva "BÖYÜK RAZILAŞMA"nı hər an elan EDƏ BİLƏR

19-10-2021, 14:59

Türkiyə Rusiyadan “Su-35” və “Su-57” qırıcıları ala bilər.

REPORTYOR.org xəbər verir ki, bu barədə Türkiyə müdafiə sənayesi naziri İsmayıl Dəmir açıqlama verərək deyib ki, ABŞ-dan tələb olunan qırıcıların satın alınmasının mümkün olmayacağı təqdirdə alternativlərin nəzərdən keçiriləcək:

“Lazım olsa, “Su-35” və “Su-57” dosyesi hər zaman açıla bilər. Bu mövzuda Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Təşkilatının direktoru Dmitri Şuqayev ilə də danışıqlara başlaya bilərik.Əgər biz istəsək, Moskva “Su-35” və “Su-57” qırıcıları ilə bağlı Türkiyə tərəfi ilə danışıqlara hazırdır”.

Qeyd edək ki, Türkiyə ABŞ-a 40 ədəd F-16 Block 70 qırıcısı almaq və əlindəki təyyarələrin texniki baxışı üçün müraciət edib.

Bildirilir ki, Ankara tələblə bağlı ABŞ-a məktub ünvanlayıb. Məsələdə barədə açıqlama verən prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə F-35 almaq üçün ABŞ-a 1 milyard 400 milyon dollar vəsait ödəyib.

“Yeni F-16-lar almaqla təyyarələrimizin sayını artırmaq istəyirik. ABŞ F-35 üçün ödədiyimiz vəsaitin əvəzinə belə bir təklif irəli sürüb”.

Əlavə edək ki,  hazırda Türkiyə ordusunda 80 F-16 qırıcısı var.
Ekspertlər hesab edir ki, F-16 təyyarələri ilə bağlı məsələ ABŞ və Türkiyə arasında son sınaqdır. ABŞ təyyarələri satmaqdan boyun qaçırsa, tərəflər arasında ciddi narazılıq yarana bilər. /Kanal.az 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ