loading...

Millimiz gerilədi

Millimiz gerilədiFutzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Azərbaycan millisi siyahıda 12-ci pillədə yer alıb.

Yığmamızın hesabında 1401 xal var. Serbiyada keçirilən Avropa çempionatında İtaliyaya 0:3 hesabı ilə uduzaraq Çexiyanı 6:5 hesabı ilə məğlub edən millimiz ötən ayla müqayisədə hesabına 13 xal əlavə edib. 1/4 finala vəsiqə əldə etməyimizə baxmayaraq, komandamız reytinqdə mövqeyini əldən verib. Ötən ay 11-ci olan millimizin geriləməsinin səbəbi Serbiyanın 2 pillə irəliləyib, bizi və Paraqvayı arxada qoymasıdır.

Futzal üzrə reytinq: ilk 15 pillə

1. İspaniya - 1928
2. Braziliya - 1909
3. Rusiya - 1734
4. İtaliya - 1700
5. Argentina - 1624
6. İran - 1609
7. Portuqaliya - 1555
8. Ukrayna - 1508
9. Yaponiya - 1427
10. Kolumbiya - 1424
11. Serbiya - 1415
12. Azərbaycan - 1401
13. Qazaxıstan - 1366
14. Paraqvay - 1361
15. Sloveniya - 1336Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər