"Lotu Quli" dəfn edildi - VİDEO
Tarix: 21-08-2020, 16:11
Baxılıb: 1 039
Google+ Paylaş
Tumblr Paylaş

"Lotu Quli" dəfn edildi - VİDEO

21-08-2020, 16:11

Türkiyənin Antalya şəhərinin Serik qəsəbəsindəki otelin restoranında öldürülən azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) dəfn mərasimi başa çatıb.
Publika.az xəbər verir ki, Nadir Səlifov İstanbulun Böyük Çekmece rayonundakı qəbiristanlıqda dəfn edilib.
*****
13:49
Bir gün əvvəl Türkiyənin Antalya şəhərində öldürülən azərbaycanlı əfsanəvi "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) dəfn mərasimi İstanbulda baş tutacaq.
"Lotu Quli" İstanbulun mərkəzi qəbiristanlıqlarından birində dəfn ediləcək.
Onun dəfni günorta namazından sonra başlayacaq.
Xatırladaq ki, Nadir Səlifov Antalyada yerləşən otellərdən birində başından 4 güllə ilə vurulmuşdu. N.Səlifovun qatili Xan ləqəbi ilə tanınan kriminal avtoritetdir. Qatil hadisə yerindən qaçsa da, lakin Antalya - Dənizli avtomobil yolunda polis əməkdaşları tərəfindən saxlanılıb.(Virtualaz.org)


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ