Ağdam Polis Şöbəsinin rəisi Pərviz İsmayılov :"Vətəndaşlara xidmət etmək bizim vəzifə borcumuzdur"
Tarix: 16-05-2020, 15:59
Baxılıb: 5 385
Google+ Paylaş
Tumblr Paylaş

Ağdam Polis Şöbəsinin rəisi Pərviz İsmayılov :"Vətəndaşlara xidmət etmək bizim vəzifə borcumuzdur"

16-05-2020, 15:59

Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər. 

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun tapşırığına əsasən paytaxt və bölgələrdə karantin rejiminə riayət olunmasına ciddi şəkildə nəzarət olunur. 

Regionlarda karantin rejiminin yumşaldılmasına baxmayaraq polis əməkdaşları öz xidmətlərini davam edirlər.  Ağdam Polis Şöbəsi də Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejim qaydalarının təmin olunmasına ciddi nəzarət edir.
Ağdam rayon Polis şöbəsinin  rəisi, polis polkovniki Pərviz İsmayılov  əməkdaşımıza bildirdi ki, karantin rejiminin qaydalarına riayət etmək məqsədilə Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində insanların sıx toplaşdığı bank, poçt məntəqələrinin və digər idarələrin qarşısına sosial məsafənin təmin olunmasına nəzarət edir:
“Polis əməkdaşları sakinlərə xüsusi karantin rejiminin tələblərini izah edib, ara məsafələrin qorunmasını xatırladıb və onlara tibbi maska paylayırlar.
Bundan başqa Ağdam  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin günlərində yaşlı və imkansız insanlara mütəmadi olaraq yardımlar edilib.
Belə ki,idarənin əməkdaşları “Evdə qal” kampaniyası çərçivəsində xüsusi karantin rejim qaydalarına uyğun olaraq yaşayış yerlərini tərk edə bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrlə köməklik göstəriblər.
Həmin ailələrə baş çəkən polis əməkdaşları onlara ərzaq məhsullarından ibarət bağlamalar, tibbi maska və dezinfeksiyaedici vasitələri təqdim ediblər. Polislər həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu onların diqqətinə çatdırıblar. Rəhbərliyin göstərişləri həmişə bizim tərəfimizdən icra olunur, Ağdam polisinin rəis heyəti və əməkdaşları  verilən tapşırıqları müntəzəm olaraq yerinə yetirir Rəis heyəti virusdan qorunmaq üçün şəxsən sakinlərlə profilaktik söhbətlər aparır. Əməkdaşlarımız 24 saat  Ağdamın qəsəbə və kəndlərində xidmət edir.Vətəndaşlara xidmət etmək bizim vəzifə borcumuzdur və karantin rejimi bitənədək xidmətimizi tapşırıqlara uyğun olaraq davam edəcəyik”
Bolgexeber.com
















Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ