DİN ər və arvadın öldürülməsi ilə bağlı məlumat yaydı
Tarix: 11-05-2020, 13:02
Baxılıb: 444
Google+ Paylaş
Tumblr Paylaş

DİN ər və arvadın öldürülməsi ilə bağlı məlumat yaydı

11-05-2020, 13:02

Daxili İşlər Nazirliyi İsmayıllı rayonunda törədilm iş qətllə bağlı məlumat yayıb.
Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 9-da saat 10 radələrində İsmayıllı rayonunun Bizlan kəndində 82 yaşlı Zakir Tapdıqovun və arvadı 66 yaşlı Zərinə Məmmədovanın küt alətlə qətlə yetirilmiş meyitlərinin yaşadıqları evdə tapılması barədə RPŞ-yə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən kənd sakini V.Qədirov polis əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində saxlanılıb.
Araşdırmalarla onun 1 gün əvvəl Z.Tapdıqovu və Z.Məmmədovanı qətlə yetirdikdən sonra qardaşı Ş.Qədirova tüfəngdən atəş açması, sonra isə onun evini yandırması da müəyyən edilib.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ