“Zəlzələ kahini”ndən dəhşətli proqnoz: bu gün yenə olacaq və... - VİDEO
Tarix: 8-02-2023, 11:17
Baxılıb: 507
Google+ Paylaş
Tumblr Paylaş

“Zəlzələ kahini”ndən dəhşətli proqnoz: bu gün yenə olacaq və... - VİDEO

8-02-2023, 11:17

Zəlzələ proqnozları ilə məşhurlaşan hollandiyalı mütəxəssis Frank Hugerbits qarşıdakı günlərdə Türkiyədə güclü seysmik aktivliyin olacağını açıqlayıb.
Publika.az xəbər verir ki, Türkiyənin cənub-şərqində və Suriyanın şimalında baş verən zəlzələni dəqiqliklə proqnozlaşdıran tədqiqatçı qeyd edib ki, 6 bal gücündə təkana səbəb olacaq seysmik aktivlik fevralın 8-nə gözlənilir.
Onun sözlərinə görə, Türkiyədə 5-6 bal gücündə təkanlar davam edəcək: “Ayın həndəsəsi yaxın günlərdə, xüsusən də fevralın 8-də çox güman ki, M6 diapazonunda güclü seysmik aktivliyə səbəb ola bilər. Daha böyük seysmik hadisənin baş vermə ehtimalı azdır. Dalğavari zəlzələlər Türkiyənin mərkəzi hissəsində davam edəcək və 5 bal gücündən daha yüksək maqnitudaya – 6 bala çata bilər”, - o qeyd edib.
Xatırladırıq ki, Hugerbits fevralın 3-də tviter hesabında etdiyi paylaşımda qeyd edib ki, “gec-tez bu bölgədə (Cənubi-Mərkəzi Türkiyə, İordaniya, Suriya, Livan) 7,5 bal zəlzələ olacaq”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ