"Yazıblar ki, Rozanın ayağı əyridir, bu nə gündədir..." - VİDEO
Tarix: 1-05-2024, 11:25
Baxılıb: 60
Google+ Paylaş
Tumblr Paylaş

"Yazıblar ki, Rozanın ayağı əyridir, bu nə gündədir..." - VİDEO

1-05-2024, 11:25

"Sosial mediada aktivliyim hər zaman olub. Amma son günlər orada oxuyucu halına çevrilmişəm. Dostlarımın paylaşımlarının və saytlarda yazılan xəbərlərin şərhlərini oxuyuram. Üzümü buradan bizə neqativ şərhlər yazanlara tutub deyirəm ki, bizi bəyənmirsinizsə, izləməyin. Siz neqativ yazdıqca o yazdıqlarınızın 2-3 artığını ürəyimizdə sizə qarşı qarğış formasında göndəririk. Buna isə istəyirsiniz inanın, istəyirsiniz inanmayın".

Bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu "Xəzər axşamı" verilişində deyib.

Sənətçi sosial şəbəkə hesabında ona neqativ dolu şərhlər yazan şəxslərə qarğış edib:

"Bir neçə gün əvvəl bir səhifəmdə reklam videomu paylaşmışam. O videoda asta-asta yeriyərək mətni deyirəm. Yazıblar ki, Rozanın ayağı əyridir, bu nə gündədir, bunun nəvələri özü boydadır. Mənim övladım ailə qurmayıb. O hələ uşaqdır. Uşaq evindən götürdüyüm övladlarımın (Corc və Jerar Qafarov qardaşları - red.) övladı var. Onları isə mən dünyaya gətirməmişəm. Bu yaxşılığımızı da burnumuzdan gətirdiniz. Ümumiyyətlə, etdiyimiz yaxşı əməllərin, hərbçilərin, qocalar evində olanların yanında olmağımızı burnumuzdan gətirdiniz. Vicdanınız olsun! Bir dəfə də arxadan danışmayın. Bir dəfə də sənətimizə baxıb danışın".  




Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ