Canəli Əliyev Korupsiyaya Qarşı Mübarizə idarəsində izahatında bildirib ki, həqiqətən o, İcra başçısının müavini Bağır Aslanova, qardaşı oğlunu işə düzəltmək üçün 4000 manat pul və bir toğlu verib.
O vaxt Fizuli rayon İcra Hakimiyyətinin (RİH) Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qabil Əliyevin, RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Bayram Niftəliyevin mövqeyini öyrəndikdə, həmin şəxslər bildirmişdilər ki, onun diplomunun saxta olub — olmadığını onlar müəyyən edə bilməzlər və bunu yalnız Təhsil Nazirliyi (TN) və Dövlət İmtahan Mərkəzi (DİM) edə bilər.
Lakin İcra Hakimiyyətinin elektron adresinə bu barədə ünvanladığımız məktuba cavab verən olmamışdı. Odur ki, məsələ ilə əlaqədar dövlət başçısına, Baş prokurora, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə, Dövlət İmtahan Mərkəzinin direktoruna məktubla müraciət etmişdik. Nəticə bu oldu ki, aidiyyəti qurumların apardıqları obyektiv araşdırmaları nəticəsində Tamella Məmmədovanın diplomunun həqiqətən də saxta olduğu üzə çıxdı və o, tutduğu dövlət qulluğu vəzifəsindən qovuldu. Dövlət qulluqçusuna verilən əsas tələblərdən biri kimi cəmiyyətin həssas təbəqəsinin mənsubları ilə iş aparmaq qabiliyyəti olmayan T.Məmmədovadan yanıqlı olan şəhid İlham Abbasovun ailə üzvlərinin də necə deyərlər, “ürəyindən tikan çıxdı”. T.Məmmədova şəhidin rəsmi olan plakatı 3 saylı Qəsəbənin giriş hissəsindən gecə vaxtı sökdürmüşdü və şəhidin qardaşı bu hadisədən təsirlənərək plakatı öz evlərinin qapısından asmaqla təsəlli tapmağa çalışmışdı.
Amma nədənsə heç bir rəsmi qurum bu açıq qalan sualı Füzuli RİH başçısına və adlarını çəkdiyimiz müavinlərinə verməyib — Necə olur ki, rayon rəhbərliyi xanım icra nümayəndəsindən daha şəffaf işləyən, vəzifəsini layiqlə yerinə yetirən AMİ-nin başqa bir məzunu olan vəzifəli şəxsin diplomunun saxta olmasını müəyyənləşdirməkdə çətinlik çəkməyib, həmin yerli sakinin işdən kənarlaşdırılmasına qərar verib? T.Məmmədovaya işlədiyi vaxt havadarlıq etdiyi bildirilən, sonradan rüşvətxorluğuna görə adı cinayət işində hallanaraq istintaqa cəlb olunan Bağır Aslanov da vəzifəsini qoruya bilsə, sensasiya olacaq. Çünki, Canəli Əliyev Korupsiyaya Qarşı Mübarizə idarəsində izahatında bildirib ki, həqiqətən o, İcra başçısının müavini Bağır Aslanova, qardaşı oğlunu işə düzəltmək üçün 4000 manat pul və bir toğlu verib
Təxminimiz doğru çıxır: İcra Başçısı Alı Alıyevə məhz saxtakarlarla işləmək daha yaxşı sərf edir!
Mövzuya qayıdacağıq.