“WhatsApp”da daha bir yenilik: Foto və videoya...
Tarix: 2-05-2024, 13:10
Baxılıb: 47
Google+ Paylaş
Tumblr Paylaş

“WhatsApp”da daha bir yenilik: Foto və videoya...

2-05-2024, 13:10


“WhatsApp” messencerində media fayllarına baxarkən reaksiyalar təyin etməyə imkan verən yeni funksiya olacaq.

Bu barədə “WhatsApp” portalı məlumat yayıb.

Qeyd olunur ki, tətbiqin “Android” əməliyyat sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş beta versiyasında istifadəçiyə baxış ekranından çıxmadan foto və ya videoya reaksiya verməyə imkan verən variant olacaq.

Portal tərtibatçılarının fikrincə, bu funksiya istifadəçilərin vaxtına qənaət edir və tətbiqi onlar üçün daha rahat edir. Yeni funksiyaya malik versiyanın yaxın vaxtlarda daha çox insanın istifadəsinə veriləcəyi bildirilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ