İcra başçısının maşın kolleksiyası: ABŞ-da milyonluq villa, İngiltərədə və Türkiyədə inanılmaz sərvət – SİYAHI
Tarix: 28-12-2020, 00:00
Baxılıb: 787
Google+ Paylaş
Tumblr Paylaş

İcra başçısının maşın kolleksiyası: ABŞ-da milyonluq villa, İngiltərədə və Türkiyədə inanılmaz sərvət – SİYAHI

28-12-2020, 00:00

Qaradağ  İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun bu rayonda necə sərvət toplaması haqda da kifayət qədər məlumatlar var.
KAİM.az bildirir ki, onun Bakıda xeyli ticarət obyektinin sahibi olduğu, İngiltərədə, Türkiyədə malikanələr aldığı, özünü icra başçısından çox, iş adamı kimi tanıdıb.

Belə ki, təsəvvür edin, Süleyman Mikayılovun, hətta Lökbatan qəsəbəsində kolxoz bazarı da olduğu iddia edilir. Onun sərvətləri siyahısında aşağıdakı daşınar və daşınmaz əmlakların olması haqda məlumat yayılıb.
“Sahil” metrostansiyasının üstündə, “Sahil incisi” adlanan binada xidməti mənzil
Qaradağ rayonu, Mərdanov qardaşları döngəsi 11 ünvanında xidməti mənzil
“Qaradağ Çınqıl” MMC adı ilə çınqıl karxanası
“ASKORP” MMC adlı müxtəlif üzlük daşlar və kərpic məmulatları istehsal edən şirkət
Lökbatan qəsəbəsində müasir idman malları istehsalı müəssisələri
Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən kolxoz bazarı
Lökbatan qəsəbəsində 10-a yaxın ticarət-iaşə obyekti
Lökbətan qəsəbəsi 28 may küçəsindəki “Cırtdan” kafesi
Qaradağ rayonu Lökbatan-Xocəsən yolundakı ALLOFF mağazası
Qaradağ rayonunda hektarlarla torpağı
Güzdək, Qızıldaş qəsəbələrində və Qızıl Qaya adlanan ərazidə daş karxanaları
Sədərəkdə ticarət mərkəzində idman malları obyekti
Lənkəranda bir ədəd malikanə
Lənkəranda Heydər Əliyev meydanının qarşısında aptek, geyim və digər iaşə obyektləri
Yardımlıda “Deman” ailəvi istirahət mərkəzi
Yardımlıda iri bazar
Oğlu Elvin Mikayılovun adına “ASPAN” MMC şirkəti
Almaniyada 25 min avro nizamnamə kapitalı ilə “EFFEST” GMBH şirkəti
“ESKA-LİDER” MMC şirkəti
Xanımı Nailə Bayramovanın adına QRAND İMPEKS ŞİRKƏTİ
Bakıda Çin səfirliyinin yanında (Nizami küçəsi 104) qızı Ayselin adına “Aisel Boutique” bahalı geyim mağazası
Nərimanov r-nu. Hacı Murad 1/14 (“Ömür” klinikası ilə üzbəüz) Medoks Hiperbarik O₂ Müalicə Mərkəzi
ABŞ-da milyonluq villa
İngiltərədə və Türkiyədə biznes və malikanəsi
Maşın kolleksiyası:
90-DO-777 dövlət nömrə nişanlı Porsche Panamera
Qızı Ayselə məxsus 90-DO-777 nömrəli Audi Q5
Oğlu Elvinə məxsus ‪90-DD-909 nömrəli Audi S5‬
‪90-DD-909 nömrəli BMW M6‬ GranCoupe F06 Black
90-DD-909 – Jaguar F-Type
Bunlar sadəcə, araşdırmalar nəticəsində üzə çıxanlar, ictimaiyyətə məlum olanlardır. Başqa rayonların icra başçıları və digər vəzifəli şəxslərin də “süddən çıxmış ağ qaşıq” olmadığı hər kəsə məlumdur. O faktlar da üzə çıxdıqca, onları da təqdim edəcəyik.
KAİM.az





Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ