Rövşən Rzayevin iş otağında eşqbazlıq yaşayan Beyləqan nümayəndəsində bu qədər var-dövlət hardandır?
Tarix: 31-01-2024, 00:48
Baxılıb: 177
Google+ Paylaş
Tumblr Paylaş

Rövşən Rzayevin iş otağında eşqbazlıq yaşayan Beyləqan nümayəndəsində bu qədər var-dövlət hardandır?

31-01-2024, 00:48

Bir müddət əvvəl Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Beyləqan nümayəndəliyinin rəhbəri Allahverdi Əzizovun öz iş otağında (Beyləqan rayon icra hakimiyyətinin inzibati binasında) bir qadınla eşqbazlıqla məşğul olarkən işin qaynar məqamında polisə yaxalanması barədə informasiyanın “RealMedia.az” və başqa bir neçə saytlarda dərc olunması ictimai rezonans doğurdu. Allahverdi Əzizovun işdəycələri və elə haqqında söz açdığımız insident barədə redaksiyamıza əlavə ilginc məlumatlar daxil oldu.
Etibarlı mənbədən verilən məlumata görə, rayonda “Kürdün qızı” adı ilə tanınan həmin qadınla yaxalanan A.Əzizov elə gecə ikən polislə “dil tapıb”, Şöbəyə apraılandan sonra məsələni ört-basdır etməyi bacarıb və sərbəst buraxılıb. Maraqlıdır ki, Komitə sədri cənab Rövşən Rzayev də mətbuatdan bu hadisəni öyrənəndən sonra Allahverdini “Qaçqınkom”a çağırsa da, görünən odur ki, vəzifədə saxlamağa qərar verib. Ardınca baş vermiş rüsvayçı hadisə barədə yazı saytlardan yığışdırıldı. Belə çıxır ki, cənab Rövşən Rzayev də hadisənin ört-basdır edilməsinə çox maraqlıdır. Bu mövzuda qələmə alınmış əvvəlki məqalədən sitat: “Əslində isə həmin vaxt hadisədən xəbərdar olan hər kəs gözləyirdi ki, “Qaçqınkom” sədri məmura yaraşmayan bu əxlaqsız hərəkətlərə yol verdiyinə görə, Allahverdi Əzizovu işdən atacaq. Ancaq gözləntilər özünü doğrultmadı. Yəni Rövşən Rzayevin reaksiyası o qədər də sərt olmadı. Zamanında baş vermiş hadisə münasibət “Qaçqınkom” sədrinin öz vicdanına buraxılsa da, amma nəticə göz qabağındadır. Görünür, komitə sədri Allahverdi Əzizov kimi əxlaqı və vicdanı kirli adamları vəzifədə saxlamaq işinə yarıyır. Əgər bir məmur oturduğu dövlət qoltuğunu əxlaqsız hərəkətləri ilə kirləndirəcəksə, bu o deməkdir ki, o, dövlətin bütün qanunlarını kirlətmiş hesab olunur…”
Əslində bir adam başqasının əməlinə qiymət verəndə ilk növbədə fikirləşir ki, onun yerinə mən olsaydım, nə edərdim. Yəqin, Komitə sədri də öz rayon nümayəndəsinin əməlinə qiymət verəndə özünü o yerə qoyub və düşünüb belə qərar gəlib ki, bu məsələdə o qədər də böyük qəbahət yoxdur.
Əslində isə məsələnin kökü Allahverdi Əzizovun qazancının haramlığında, haram qazancın yaratdığı özbaşınalıq, özündən müştəbehlik, harınlıq hisslərindədir.“Qaçqınkom“un Beyləqandakı nümayəndəsi məhz haram qazancı hesabına oliqarxa çevrilib. Komitənin sabiq sədri Əli Həsənovun kadrı kimi tanınan Allahverdi Əzizov ötən illər ərzində məhz qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısını “qayçılayaraq”, didərginlərin payına əl uzadaraq, onlara Azərbaycan dövlətinin və beynəlxalq humanitar təşkilatların ayırdığı yardımları mənimsəyərək, bunca var-dövlətə, nəhayətsiz kapitala sahib olub. Yeməyi və yedirtməyi (!) bacardığı üçün Rövşən Rzayevlə də “yola getməyi” bacarıb. Dövlətin və xalqın hesabına varlanan bu məmur vətəndaşlarla çox kobud davranır, mədəniyyətsiz rəftarı ilə seçilir, hətta Beyləqanda məskunlaşmış qaçqın və məcburi köçkünləri təhqir və təhdid etməkdən belə çəkinmirdi.Onun haqqında gedən əvvəlki tənqidi informasiyalarda qeyd olunurdu ki, hər il qış aylarında Allahverdi Əzizovla məcburi köçkünlər arasında münaqişələr yaranır. Çünki o, dövlətin məcburi köçkünlər üçün ayırdığı yanacaq payını mənimsəyir. Sitat: “Amma Beyləqan şəhərindəki baxça və bəzi dövlət binalarında məskunlaşmış məcburi köçkünlər neft yanacağından istifadə etmir. Çünki şəhərdə elektrik enerjisi daimidir və insanlar evlərini elektrik sobaları ilə qızdıra bilir. Bu fürsətdən yararlanan Allahverdi Əzizov məcburi köçkünlərə nefti ona satmağı təklifi edir. “Qaçqınkom” nümayəndəsi 1 litr nefti məcburi köçkünlərdən 30 qəpiya alaraq, rayondakı yanacaqdoldurma məntəqələrinə satır. İddiaya görə, Allahverdi Əzizov hər il qış aylarında təkcə yanacaq maxinasiyasından külli miqdarda qazanc əldə edir.
Məlumatlarda bildirilir ki, Beyləqan Mədəniyyət Evinin yanındakı parkın içindəki obyektlər Allahverdi Əzizova məxsusdur. Həmin obyektlər çayxana kimi fəaliyyət göstərir. Həmçinin biznesmen-məmur həmin parkı da uzunmüddətli icarəyə götürüb. Mənbəmiz deyir ki, Allahverdi Əzizov məcburi köçkünlərin yardımının hesabına Beyləqan şəhərində özünə 250000 manat civarında dəyəri olan dəbdəbəli ev, Bakı şəhərində mənzil, oğluna “Prado” markalı avtomobil, özünə bahalı maşın alıb, Şahsevən kəndində “Dörd yol” deyilən ərazidə tikinti materialları topdan satışı mağazası açıb. Həmin obyektdə hazırda yarım milyon manatlıq tikinti materialı var. Bundan başqa, “Ülvi İnşaat” dükanını da icarəyə götürüb.
Maraqlıdır ki, maaşı son dövrlərə kimi 600 manat olan, ailə üzvlərinin gəlirləri ilə birlikdə ayda evinə olsa-olsa, 2000 mnat halal qazanc daxil olan Allahverdi Əzizov bu qədər mal-mülkü, obyekti necə əldə edib? Təbii ki, oğurluq, korrupsiya hesabına! Beləliklə, biz mənbəni göstərdik, qalanı hüquq-mühafizə, cinayət təqibi, vergi orqanlarının işidir.
Son olaraq qeyd edək ki, məlum hadisədən sonra “Qaçqınkom”un Beyləqan nümayəndəliyinə işi düşən qadın xeylaqları Allahverdi Əzizovun qəbuluna düşməyə, onunla bir otaqda tək qalmağa ehtiyat edirlər. O isə tək gələnləri şirin dillə, başqa şəxsin müşayiət ilə gələn qadınları isə acı dillə qarşılayır.
Bizi izləyin…. Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ