“Mən də müxalifətəm” - Sabir Rüstəmxanlı
Tarix: 11-04-2023, 12:22
Baxılıb: 321
Google+ Paylaş
Tumblr Paylaş

“Mən də müxalifətəm” - Sabir Rüstəmxanlı

11-04-2023, 12:22

“Müxalifət deyiləndə müəyyən sərhəd qoyulmalıdır. Mən də müxalifətəm”.
reportyor.org xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin aprelin 11-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Sabir Rüstəmxanlı xatırladıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə müxalifət bir yerə toplaşıb Prezidentin apardığı siyasəti müdafiə etdilər:
“Bir qrupa görə bütün “müxalifət belə etdi” demək olmaz. Son vaxtlar təəssüf ki, bir çox xarici ölkələrin mövqeləri bəllidir. Bu dövrdə ölkəmizdə milli birliyə çox ehtiyac var. Yenidən cəbhələşməyə yol vermək olmaz”.
Sədr Sahibə Qafarova isə qeyd edib ki, xalqın gözü tərəzidir:
“Xalq yaxşı bilir ki, kim yaxşı müxalifətdir, kim necə müxalifətdir”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ