Media nümayəndələri Füzuli şəhərində təməli qoyulan inzibati bina və 2-ci 3-cü yaşayış məhəlləsində olublar
Tarix: 18-10-2023, 12:16
Baxılıb: 107
Google+ Paylaş
Tumblr Paylaş

Media nümayəndələri Füzuli şəhərində təməli qoyulan inzibati bina və 2-ci 3-cü yaşayış məhəlləsində olublar

18-10-2023, 12:16

"İnzibati bina Füzuli şəhərinin inzibati mərkəzi ərazisində inşa olunacaqdır. İnzibati mərkəzinin ərazisi 12 hektardan çoxdur, inzibati binanın tikintisi üçün isə 4,4 hektardan çox bir sahə nəzərdə tutulub".
Reportyor.tv Qarabağ bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov deyib.
Bildirib ki, inzibati binanın ərazisində parad meydanı və 1 hektar sahədə olan park inşa olunacaqdır.

"5 mərtəbədən ibarət inzibati bina ən müasir dünya standartlarına uyğun olaraq inşa ediləcəkdir. İnzibati mərkəzdə isə həmçinin digər dövlət qurumları üçün də ərazi nəzərdə tutulub”.

E.Seyidov həmçinin 2-ci və 3-cü yaşayış məhəllələri barədə də məlumat verib. Bildirib ki, Füzuli artıq 1-ci yaşayış məhəlləsində 38 binadan 12-si artıq inşa olunmuş və əhali geri dönmüşdür, digər binaların tikintisi isə davam etdirilir. Bununla yanaşı, Füzulidə daha 2 yaşayış məhəlləsi inşa olunacaqdır.

"2-ci və 3-cü yaşayış məhəlləsində ümumilikdə 5200-dən çox nəfər yaşaya biləcək. 2-ci yaşayış məhəlləsində 653 mənzil, 3-cü yaşayış məhəlləsində isə 863 mənzil olacaqdır. Mənzillər 1, 2, 3 və 4 otaqlı olacaqdır. Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək. Kompleksdəki binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin olunacaq. İstilik və isti su təchizatı mərkəzləşdirilmiş qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ