Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir
Tarix: 16-10-2023, 17:09
Baxılıb: 158
Google+ Paylaş
Tumblr Paylaş

Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir

16-10-2023, 17:09

23 oktyabr saat 15:00-dan 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start veriləcək. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.
Elm və Təhsil Nazirliyindən Reportyor.tv verilən xəbərə görə, eyni zamanda müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər 23–31 oktyabr tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.
Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az) vasitəsilə aparılacaq.

Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsinə başlanılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ