Mülki müdafiə qoşunlarında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Tarix: 5-10-2023, 20:46
Baxılıb: 106
Google+ Paylaş
Tumblr Paylaş

Mülki müdafiə qoşunlarında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

5-10-2023, 20:46

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyevin dövlətçilik nəzəriyyəsi və islahatlarının müstəqil Azərbaycan Respublikasının müasir dövlət quruculuğu sistemində yeri və rolu” mövzusuna həsr olunmuş tədbir keçirilib.
Nazirlikdən Reportyor.tv verilən xəbərə görə, tədbirdə FHN-in Mülki müdafiə qoşunlarının rəhbərliyi və şəxsi heyəti, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin müdiri, elmlər doktoru Cəbi Bəhramov, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Mədəniyyət Nazirliyinin Milli Azərbaycan Tarixi muzeyinin Vətən müharibəsi fondunun müdiri, tarixçi alim Şəfa Mövsümov və ehtiyatda olan polkovnik Şair Ramaldanov iştirak ediblər.
Əvvəlcə, tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Muzeyində Ulu Öndərin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən foto-ekspozisiya ilə tanışlıq olub.
Tədbir Mülki müdafiə qoşunlarının Nümunəvi orkestrinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər gördüyünü, ölkəmizin bu günü və gələcəyi üçün zəngin irs qoyduğunu vurğulayıblar. Qeyd olunub ki, hələ sovetlər birliyində yaşadığımız illərdə Ümummili Liderin müdrik siyasətinin mühüm istiqamətlərindən biri də milli hərbçi kadrların yetişdirilməsi olub. Məhz Dahi Rəhbərin təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması Azərbaycanda ordu quruculuğunda mühüm rol oynayıb. Ulu Öndərin xalqın tələb və təkidi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra hərbi təhsil sahəsində dərin və genişmiqyaslı islahatlar aparılıb, ordu quruculuğu sahəsində mühüm nailiyyətlər qazanılıb.
Ümummilli lider Heydər Əliyevin mütərəqqi siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin bu gün çox böyük uğurlara imza atdığını konkret faktlarla əsaslandıran natiqlər, Azərbaycanın özünün siyasi və iqtisadi qüdrəti ilə dünya dövlətləri arasında layiqli yer tutduğunu iftixar hissilə dilə gətiriblər.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Əbədiyyətin ilk əsri” filmi nümayiş olunub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ