Azərbaycanın Qarabağdakı erməni sakinlərinə göndərdiyi ərzaq yükü Xankəndiyə çatdırılıb və avtomobil geri dönüb - FOTO - VİDEO - YENİLƏNİB
Tarix: 22-09-2023, 22:50
Baxılıb: 65
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanın Qarabağdakı erməni sakinlərinə göndərdiyi ərzaq yükü Xankəndiyə çatdırılıb və avtomobil geri dönüb - FOTO - VİDEO - YENİLƏNİB

22-09-2023, 22:50

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə göndərilən ərzaq yükü ünvana çatdırılıb və avtomobil karvanı geri dönüb.
Reportyor.tv xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə yola salınıb.
Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükü əraziyə çatdırılıb.
Reportyor.tv məlumatına görə, sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb və yardımı ünvanına çatdırıb.
Eyni zamanda Qarabağdakı erməni sakinlər üçün ərazidə 1000 yerlik çadır qurulub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ