Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməni əhalinin ehtiyaclarının qiymətləndirilməsini apara bilər
Tarix: 30-08-2023, 20:10
Baxılıb: 134
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməni əhalinin ehtiyaclarının qiymətləndirilməsini apara bilər

30-08-2023, 20:10

“Qarabağ iqtisadi zonasında yaşayan erməni əhalinin vəziyyəti və ehtiyacları ilə bağlı qiymətləndirmə apara bilərik”.
Reportyor.tv Qarabağ müxbiri xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) sədri, deputat Novruz Aslan Ağdamda bildirib.
“Bizim əraziyə girişimiz təmin olunsa, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin mütəxəssisləri tərəfindən bu qiymətləndirmə aparıla bilər. Mən özüm də bu qiymətləndirməni keçirə bilərəm. Biz bu işə tərəfdaşlarımızı, xarici ekspertləri də cəlb edə bilərik. Mən burda heç bir problem görmürəm”, - deyə Novruz Aslan qeyd edib.Onun sözlərinə görə, əsas məsələ kommunikasiya və dialoqun qurulmasıdır: “Əsas bu xoş niyyəti tətbiq etməkdir. İki-üç nəfərin mövqeyinin Xankəndinin erməni əsilli əhalisinə heç bir aidiyyəti yoxdur. Mən inanıram ki, oradakı əhalinin böyük hissəsi artıq bu proseslərdən yorulub və onlar bütün dünyaya humanizm prinsiplərini göstərməlidir. Qızıl Aypara Cəmiyyəti xoş niyyətlə gəlibsə, onlar da buna təmkinlə, hörmətlə, səbrlə yanaşmalıdır. Biz heç kimə güclə yardım etmək niyyətində də deyilik. Bu, bir addımdır ki, dilindən, dinindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, bunu müsbət qarşılamaq hər kəsin borcudur.
Belə fikirlər səslənir ki, bizə müraciət olmayıbsa, niyə yardım göndəririk? Biz niyə müraciət gözləməliyik? Biz bilirik ki, ehtiyac ola bilər, ona görə də bu addımı atırıq”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ