Ukrayna müharibəsinin qalibi Türkiyədir - SENSASİON TƏHLİL
Tarix: 31-01-2023, 14:19
Baxılıb: 311
Google+ Paylaş
Tumblr Paylaş

Ukrayna müharibəsinin qalibi Türkiyədir - SENSASİON TƏHLİL

31-01-2023, 14:19

Rusiya qazından asılı olan Almaniyanın "Bild" nəşri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı diqqətçəkən analizi dərc edib.
Reportyor.tv xəbər verir ki, Bild qəzeti Türkiyənin atdığı addımları “Ərdoğan Putinin sanksiyalarından belə faydalanır” başlığı ilə oxucularına çatıdırıb.
Məqalədə qeyd olunub ki, Türkiyə Avropa İttifaqı ölkələrinə gedən Rusiya malları üçün bir mərkəzdir:
"Rusiya Almaniyanı əvəzləyərək Türkiyənin ən böyük ticarət ortağı olacaq. Ankara Moskvaya maşın və avadanlıq satışında Almaniyanı geridə qoyub”.
Təhlildə Ərdoğanın yürütdüyü siyasətlə bağlı bu fikirlər yer alıb:
“Türkiyə vəziyyəti bir çox cəhətdən öz xeyrinə çevirdi. Ukrayna müharibəsinin qalibi Türkiyədir”.
Xəbərdə bu vəziyyətin Avropa İttifaqı üçün "narahatlıq mənbəyi" olduğu da vurğulanıb.
"Aİ-nin səyahət məhdudiyyətlərinə görə Türkiyə ruslar üçün ən əhəmiyyətli tətil məkanına çevrilib"- "Bild" Rusiya vətəndaşlarına qarşı tətbiq edilən sanksiyalara diqqət çəkib.
Yazıda yanvar-noyabr ayları arasında Türkiyədə ruslara 14 min mülk satıldığını vurğulanıb: "Rusların Türkiyə vətəndaşlığı da daxil olmaqla, Türkiyədə 500 min dollardan başlayan daşınmaz əmlak alışları hədsiz dərəcədə artıb".
Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ