Paşinyan təcili bəyanat verdi - “Gorus-Qafan yolunun bağlanması...“
Tarix: 26-08-2021, 12:42
Baxılıb: 1 298
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyan təcili bəyanat verdi - “Gorus-Qafan yolunun bağlanması...“

26-08-2021, 12:42

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan hərbçiləri tərəfindən Ermənistanı İranla birləşdirən dövlətlərarası yol hissəsinin "blokadası" ilə əlaqədar parlamentdə bəyanatla çıxış edib.Oxuməni.az xəbər verir ki, bundan əvvəl yolun bağlanması barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb."Azərbaycanlılar yolu bağlayıblar. Bunu Ermənistan tərəfinin Azərbaycan sərhədçilərini bıçaqlaması ilə motivasiya edib. Rəsmi olaraq bunun baş vermədiyini bəyan edirik", - deyə Paşinyan qeyd edib.

Eyni zamanda, o, Azərbaycan tərəfini, əgər belə faktlar varsa, istintaq üçün Ermənistana təhvil verməyə çağırıb.
Nikol Paşinyan həmçinin qeyd edib ki, yolu bağlamaq Azərbaycanın Ermənistan və Rusiya Federasiyası ilə əldə etdiyi razılaşmalara ziddir.
Qeyd edək ki, rəsmi Bakı Ermənistan hərbçilərini sərhəd mühafizəçisinə hücum etməkdə günahlandırır.
Avqustun 25-i saat 23:00 radələrində Azərbaycan tərəfi Qafan-Gorus dövlətlərarası yolunu bağlayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ