Rihanna sinəsi açıq geyimdə rahibə obrazında - FOTO
Tarix: 10-04-2024, 12:54
Baxılıb: 87
Google+ Paylaş
Tumblr Paylaş

Rihanna sinəsi açıq geyimdə rahibə obrazında - FOTO

10-04-2024, 12:54


Rihanna rahibə obrazında yer aldığı "Interview" jurnalının yeni sayının üz qabığının qəhrəmanı olub və keçmiş stilisti Mel Ottenberqə müsahibə verib. 
Publika.az xəbər verir ki, müğənni uşaq tərbiyəsi, A$AP Rocky ilə münasibətləri və plastik əməliyyat planlarından danışıb. Jurnalın yaz buraxılışı üçün müğənni moda fotoqrafı Nade Li Koenə pozalar verib. Çəkilişlərdə o, "Dior", "Bottega Veneta", "Loewe", "Loro Piana" və "Savage x Fenty"nin geyimlərində kamera qarşısına keçib.
Çoxları üçün stil ikonu olan müğənni harasa gedərkən geyimlərini heç də həmişə əvvəlcədən seçmədiyini etiraf edib. O, ilk növbədə rahatlığa önəm verir və paltar seçimi baxımından özünü tənbəl ana adlandırır. “Uşaqlarımı geyindirməyə çox vaxt sərf edirəm və sonra düşünürəm ki, onları qucağıma almağa imkan verən ən rahat paltar hansı olardı? Narahatlığa səbəb olmasın və onları tutmağıma mane olmasın".
Rihanna bildirib ki, onların ailəsində A$AP Rocky daha çox öz görünüşü ilə maraqlanır, sevgilisini həmişə gözəl görünməyə həvəsləndirir. "Bu adamın yanında özümü tənbəl kimi hiss edirəm. Lənət olsun, özümü onun köməkçisi kimi hiss edirəm. Təyyarəyə minirəm. Biz idman şalvarında olmalıyıq. O, "Bottega Veneta" kostyumunda olmaq istəyir. Və mən belə oluram: "Niyə? Bunu mənə edirsən?", - ulduz müsahibəsində deyib.
Müğənni kiçik oğlunun uşaq bezlərini dəbdəbəli "Saint Laurent" mini çantasında gəzdirdiyini etiraf edib və qeyd edib ki, reper o atalardandır ki, hər an övladının bezini dəyişməkdən çəkinmir: "Rokki heç vaxt bundan çəkinməyib. O, köynəyini burnunun üstünə qoyur və üfunət qoxuyan uşaq bezi ilə məşğul olur. Bu, bir qədər gülməlidir".
Rihanna A$AP Rocky ilə münasibətlərinin 2019-cu ilin sonunda başladığını xatırladıb və 2012-ci ildən bəri onların sevgili olduqları haqqında şayiələr yayılsa da, niyə daha tez görüşməyə başlamadıqlarını izah edib: "Biz dəbi eyni görürdük. Yaradıcılığı da eyni görürdük. Biz tez-tez özümüzü eyni çevrələrdə görürdük. Və sonra böyüdükcə bir-birimizin yaradıcılığını daim dəstəkləməyə başladıq. Mən onun əşyalarını geyinirdim, o, mənim təqdimatlarıma gəlirdi. Ancaq yalnız 2019-cu ilin sonunda... hər şey başladı".
36 yaşlı ulduz qeyd edib ki, o və reper çox uzun müddətdir ki, bir-birini tanıyır və həyatlarının müxtəlif məqamlarında və başqa insanlarla münasibətdə olarkən də bir-birlərini görüblər. Və yalnız tədricən onlar birlikdə olmağa hazır olduqlarını başa düşüblər: "Biz nəyə qadir olduğumuzu və bir-birimizin həyatına hansı bəlaları gətirə biləcəyimizi bilirdik. Buna görə də çox ehtiyatla görüşməyə başladıq. Mən sadəcə olaraq yaxında olacaqların baş verməsinə icazə verdim. Bu, bir çiçəkdir. O, ya öləcək, ya da çiçək açacaq. Amma icazə verəcəyəm ki, buna özü qərar versin.
        Tanrının məni idarə etməsinə icazə verdim və sadəcə axarına buraxdım. Çünki əvvəlki münasibətlərimdə əlimdən gələnin ən yaxşısını etməyə çalışır və çalışırdım. Buna baxmayaraq, siz hələ də bunun kifayət etmədiyini hiss edirsiniz. Odur ki, kiminsə sizi bütövlükdə görə bilməsi, sizə inanması və sizin övladlarının anası olmağa layiq görməsi gözəl hissdir. Mən də ona qarşı eyni hissləri bəsləyirdim. Onun əla ata olacağını bilirdim".
Müğənni gizlətməyib ki, pandemiya onların da münasibətlərinə müsbət təsir göstərib. Məhz o zaman onlar yaxınlaşıb ailə həyatı qurmağa hazır olduqlarını anlaya biliblər: "Covid olmasaydı, bir-birimizin yanında rahat olduğumuzu anlamaq və hazır olduğumuzu bilmək üçün bizə daha çox vaxt lazım olardı".
2022-ci ilin may ayında müğənni RZA Athelston Mayers (Riza) adlı bir oğlu dünyaya gətirib və bir il sonra cütlüyün ikinci övladı Riot Rose dünyaya gəlib. Rihanna gələcəkdə yenidən ana olmağa hazır olduğunu qeyd edib. "Allahın nə istədiyini bilmirəm, amma ikidən çox uşaq istərdim. Çalışardım ki, qız övladım olsun. Amma təbii ki, oğlan olsa, daha bir oğlumuz aolacaq".
Ulduz iki uşaq dünyaya gəldikdən sonra əla formada olmasına baxmayaraq, sinə dikləşdirmə əməliyyatı haqqında düşündüyünü deyib: "Döşlərimin əvvəlki kimi, çiyinlərimə doğru sıxılmasını istəyirəm. İmplant istəmirəm. Sadəcə dikləşmə istəyirəm"
Qorxuları barədə suala isə Rihanna belə cavab verib: "Uşaq sahibi olduqdan sonra ən çox onların rifahı ilə maraqlanıram. Heç kim sizi agah etmir ki, övladlarınız olduqdan sonra həyatınızın hər saniyəsində narahat olacaqsınız. Düzdür? Xəyanət də qorxudur, çünki məyusluq mənim öhdəsindən yaxşı gəlmədiyim duyğulardan biridir. Məncə, mənim sadəcə o pisliyə allergiyam var".






Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ