Nuradan yeni TƏKLİF: "Bu işlə məşğul olmaq istəyən..."
Tarix: 9-04-2024, 11:10
Baxılıb: 92
Google+ Paylaş
Tumblr Paylaş

Nuradan yeni TƏKLİF: "Bu işlə məşğul olmaq istəyən..."

9-04-2024, 11:10


Eşitdim ki, türk ulduzları ilə 1 saatlıq şam yeməyi üçün camaat milyonlar ödəyir. Məryəm Uzerli bir ailə ilə 1 saatlıq şam yeməyindən 4 milyon lirə pul qazanıb. Bizdə niyə yoxdu bu əjdahadan?

Bu sözləri müğənni Nura Suri instaqramda yazıb. Məşhur aktrisa Məryəm Uzerlinin pərəstişkarının evində pul müqabilində qonaq olmasından söz açan Nura, belə bir ənənəni təbii qəbul etdiyini yazıb.

"Bizdə qiymətlər aşağı olar əlbəttə, amma maraqlı işdir. İnsanlar bəyəndikləri məşhurlarla söhbət edib, bir masada yemək yemək istəyir. Vergimizi də qazancımızdan ödəyirik onsuz da. Bu işlə məşğul olmaq istəyən kimsə var bizdə?" , - ulduz paylaşımında qeyd edib.

Məlumat üçün bildirək ki, "Möhtəşəm 100 il” serialında Hürrəm sultan rolu ilə bir çox ölkələrdə özünə pərəstişkar qazanmış aktrisa Məryəm Uzerli Səudiyyə Ərəbistanında külli miqdarda pul müqabilində ər-riyadlı bir ailənin şam yeməyinə qatılıb.

İddialara görə, ulduz bu şam yeməyindən düz 4 milyon Türkiyə lirəsi (təxminən 212 min manat) qazanıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ