"Mənə məni yüksək zirvələrə qaldıran kişi lazımdır" - VİDEO
Tarix: 28-03-2024, 14:48
Baxılıb: 50
Google+ Paylaş
Tumblr Paylaş

"Mənə məni yüksək zirvələrə qaldıran kişi lazımdır" - VİDEO

28-03-2024, 14:48

Mənə məni daha yüksək zirvələrə qaldıran kişi lazımdır. Gəl və məni həyəcanlandır - gəl məni öp, gəl və məni sev!

"I need a man" adlı yeni mahnısından olan bu sözləri məşhur müğənni Səmra Rəhimli sosial mediada yazıb.

Dünyaca məşhur ulduz Rita Oranın musiqi prodüseri Stefanla işləməyə başlayan Səmra musiqi dili ilə zəif kişiləri bəyənmədiyini qeyd edib. Onun bu sözləri sosial mediada müzakirələrə səbəb olub.

Mahnı sənətçinin kimliyinə hörmət edən və onu olduğu kimi qəbul edən kişiyə ehtiyac duymasından bəhs edir. Ümumiyyətlə, bu, ulduzun qadın azadlığını təbliğ və müdafiə etdiyi ilk işi deyil. Əminliklə demək olar ki, azad, güclü, özünəinamlı və yaradıcı qadın mövzusu cazibədar ifaçının yaradıcılığının əsas qayəsini təşkil edir.



       






Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ