Dünyada sürətlə yayılan COVID-19 Azərbaycana qayıdır? - Ekspert deyir ki, sərt karantin tədbirlərinə...
Tarix: 19-08-2023, 10:59
Baxılıb: 152
Google+ Paylaş
Tumblr Paylaş

Dünyada sürətlə yayılan COVID-19 Azərbaycana qayıdır? - Ekspert deyir ki, sərt karantin tədbirlərinə...

19-08-2023, 10:59

ÜST 28 gündə dünyada COVID-19-a yoluxma hallarının 63% artdığını bildirib. İyulun 17-dən avqustun 13-dək dünyada 1 milyon 400 mindən çox insan koronavirus infeksiyasına yoluxub. 2300-dən çox insan dünyasını dəyişib. Virusun sürətlə yayılması dünya və ölkəmiz üçün nə qədər təhlükəlidir?
Məsələ ilə bağlı infeksion xəstəliklər uzmanı Dr. Vasif Əliyev Publika.az-a açıqlamasında qeyd edib ki, qlobal miqyasda baxdığımız zaman yoluxmaların sayı artsa da, ölüm halların sayında, əksinə azalma müşahidə olunur:
“Ümumi götürsək, bu, son mutasiyanın dünyada yayılmasına bağlı bir məsələdir. Koronavirusda son mutasiya - Omikronun EG.5 variantı əvvəlki tiplərindən fərqli olaraq, daha yüksək yoluxdurma qabiliyyətini sahibdir. Amma xəstəlik ağır keçmir, xəstəxanada yatmağa ehtiyac olmur. Bu baxımdan qorxulu hal deyil. Üstəlik, Azərbaycanda hələ ciddi bir “Covid-19” infeksiyasına yoluxma və Omikronun EG.5 virus təsdiqlənməyib”.

Həkimin sözlərinə görə, hazırda virusun belə sürətlə yayılmasına səbəb tətil və səyahətlər deyil:
“Sadəcə mutasiya ilə əlaqəlidir. Daha sürətli yayıldığından insanların çoxu yoluxur. Ölkəmizdə olub-olmaması sual altındadır. Gələcəklə bağlı dəqiq nə isə demək olmaz. Bütün bunları zamanla görəcəyik. Amma ciddi bir təhlükə olduğunu da düşünmürəm.
ÜST tərəfindən tövsiyə olunur ki, dövlətlər bu məsələdə sayıqlığı əldən verməməli, infeksiyanın artımları olan ərazilərdə əhalinin sıxlığı müşahidə edilən qapalı məkanlarda maskadan istifadə etməsi, risk qrupuna daxil olan şəxslərin isə dördüncü buster doza ilə vaksin olunması məqsədəuyğundur. Lakin xüsusi, daha sərt karantin tədbirlərinın tətbiqinə ehtiyac yoxdur”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ