Dünyada koronavirusdan ölənlərin sayı 195 mini keçdi- son siyahı
Tarix: 25-04-2020, 00:28
Baxılıb: 665
Google+ Paylaş
Tumblr Paylaş

Dünyada koronavirusdan ölənlərin sayı 195 mini keçdi- son siyahı

25-04-2020, 00:28

Dünyada koronavirus pandemiyasına yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. 
Musavat.com xəbər verir ki, son saatların göstəricisinə görə ABŞ yenə də öndədir. İndiyə olan göstəriciyə görə ABŞ-da son bir neçə saat ərzində 1217 nəfər ölüb, 25 min 568 yeni yoluxma qeydə alınıb. Ümumilikdə ABŞ-da 912 min 10 nəfər koronavirusa yoluxub, 51 min 453 adam isə bu virusdan ölüb.
Yoluxma sayına görə ABŞ-dan sonrakı sırada yer alan İspaniyada son saatlarda 6 min 740 nəfər yoluxma, 367 ölüm qeydə alınıb.
Növbəti sırada yer alan İtaliyada son saatlarda 3 min 21 yoluxma, 420 ölüm qeydə alınıb.
Fransada son saatlarda 1645 nəfər yoluxub, 389 nəfər ölüb. Almaniyada bir neçə saat içərisində 1030 nəfər yoluxub, 78 nəfər isə ölüb.
Sonrakı sırada İngiltərə yer alıb. Bu ölkədə son saatlarda 5 min 386 yoluxma, 768 ölüm qeydə alınıb.
Azərbaycanla quru sərhəddə olan ölkələrdə də də yoluxma sayı artmaqdadır. Belə ki, hazırda Türkiyədə ümumilikdə 104 min 912 yoluxma var. Qardaş ölkədə bu gün 3 min 122 yeni yoluxma, 109 yeni ölüm faktı qeydə alınıb. Siyahıda 8-ci yerə yüksələn İranda bu gün 1168 nəfər yoluxub, 93 nəfər ölüb. Ümumilikdə bu ölkədə 88 min 194 yoluxma, 5 min 574 ölüm qeydə alınıb. Yoluxmanın ümumi sayına görə İrandan sonra Çin gəlir ki, koronavirusun beşiyi olan bu ölkədə bu gün 6 nəfər yoluxub, ölən isə yoxdur.
Çindən sonrakı sırada yer alan Rusiyada bu gün 5 min 849 nəfər yoluxub, 60 nəfər isə ölüb. Ümumilikdə Rusiyada 68 min 622 nəfər yoluxma, 615 ölüm qeydə alınıb. Gürcüstanda bu gün 19 nəfər yoluxub, ölən isə yoxdur.
Ümumilikdə son saatlara qədər dünyada 2 milyon 810 min 399 yoluxma, 195 min 925 ölüm qeydə alınıb.
Dünyada 1 milyon 836 min 92 nəfər koronavirus xəstəsi var. Onlardan 58 min 361 nəfərinin vəziyyəti ağırdır.
 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ