Jurnalistlər koronavirusla necə mübarizə aparır?
Tarix: 12-03-2020, 07:59
Baxılıb: 539
Google+ Paylaş
Tumblr Paylaş

Jurnalistlər koronavirusla necə mübarizə aparır?

12-03-2020, 07:59

Rəsmi məlumata əsasən Azərbaycanda koronavirusa yoluxanların sayı 13-ə çatıb. Bununla bağlı olaraq ölkədə bir sıra tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər görülür. Həmçinin təhsil ocaqları, teatr və konsertlər, iri həcmlə tədbirlər müvəqqəti olaraq dayandırılıb.
Mütəxəssislər isə koronavirusa yoluxmamaq üçün ictimai, toplum olan yerlərdən mümkün qədər uzaq gəzməyi, maskadan istifadə etmək, əlləri gün ərzində bir neçədə yumağı və digər gigiyenik qaydalara əməl etməyi tövsiyə edir.
Bununla belə koronavirus hava-damcı yolu ilə yayıldığından ona yoluxma ehtimalı da yüksəkdir. Yəni, bir-birinə yaxın məsafədə eyni hava ilə nəfəs almaq və eyni səthlərə toxunmaq yoluxmanı sürətləndirir. Virusa yoluxma riski qrupundan olan insanlar arasında jurnalistlər də var. Məlum olduğu kimi mətbuat, media nümayəndələri gündəlik olaraq tədbir və görüşlərdə, reportajlarda olur, müxtəlif insanlarla ünsiyyət saxlayır, ictimai yerlərə tez-tez üz tuturlar. Maraqlıdır, bəs jurnalistlər özlərini bu virusdan necə qoruyur?
Mövzu ilə bağlı bir neçə jurnalist arasında sorğu keçirdik.
Xəyalə Rəis ile ilgili görsel sonucu
Teatrşünas, “Kaspi” qəzetinin əməkdaşı  Xəyalə Rəis adı çəkilən virusu o qədər də ciddi qəbul etmədiyini dedi:
“Dünyanın bir çox ölkəsini cənginə alan bu virus artıq bizim ölkəmizi də psixoloji olaraq təsir altına salıb. Açığı ictimai yerlədə vətəndaşların maska taxdığını görəndə psixoloji olaraq hansısa xəstəlik daşıyıcısı olduğumu düşünürəm. Hər nə qədər məsələnin ciddi olduğu deyilsə və hər nə qədər həyəcan təbili çalınsa da bu mənə o qədər də ciddi gəlmir. Xüsusilə də bizə ən yaxın ölkə olan İran ərazisində virusdan ölüm hadisələrinin baş verməsi xəbərini eşidən anam ciddi şəkildə narahatdır. Artıq hər keçən gün deyil, hər keçən saat ölüm xəbərləri eşidirik. Bunun hər nə qədər virusdan ya  da başqa səbəbdən olduğunu bilmək üçün əlimizdə kifayət qədər əsas yoxdur. Bu virus nəhəng dövlətlərin media vasitəsi ilə yayımladığı və böyük kütlələri qorxunun, təzyiqin təsirində saxlamağa çalışdığı bir məsələ olduğunu düşünürəm. Görünən isə odur ki, onlar öz istəklərinə çatırlar. Bir zamanlar "quş qripi" və "Ebola" kimi digər qlobal virusların davamı kimi yayılan bir panikadan başqa bir şey deyil. Bizim qeyri-sağlam düşüncəli insanlarımız bu virusdan daha təhlükəlidir. Azərbaycandakı panika Çindəkinən çoxdur. Bunun da əsas səbəbi qeyri-ciddi bloqlar, sosial şəbəkələrdə yayılan əsassız xəbərlərdir”.
X.Rəis yayılan virusun quru bir panikadan ibarət olduğunu qeyd edib:
“Bacardığım qədər virusu virus yerinə qoymuram. Bu virusdan heç bir qorxum yoxdur. Virusun gətirdiyi qorxu xəstəliyin özündən daha çox zərərlidir. Belə ki, virusla bağlı ayın 27-nə qədər bağçalar bağlı olduğu üçün uşaqlar evdədir, onlara anam baxır. Artıq anamın zənglərinə cavab vermirəm, çünki uşaqlar evdə bir-birləri ilə yola getmirlər. Onlara  Novruz bayramının aparacağımı söz versəm də teatrlarımız bayram günlərində çıxış etməyəcəklər. Yəni olan yenə biz valideynlərə oldu”.
İlkin Muradov ile ilgili görsel sonucu
“Yeni Müsavat” qəzetinin müxbiri İlkin Muradov da koronovirusdan qorunmaq üçün daha çox gigiyenik qaydalara daha ciddi şəkildə əməl etməyə, insanların kütləvi şəkildə toplaşdığı yerlərə getməməyə çalışdığını bildirdi: “Koronavirus təhlükəsi bütün dünyada çox ciddiyə alınsa da nədənsə Azərbaycanda belə deyil. Ətrafımızda olan insanların əksəriyyətinin münasibətindən, davranışlarından görürük ki, təhlükənin fərqində deyillər. Mən şəxsən özümü koronavirusdan qorumaq üçün xüsusi nəsə etmirəm. Sadəcə gigiyenik qaydalara daha ciddi şəkildə əməl etməyə, insanların kütləvi şəkildə toplaşdığı yerlərə getməməyə çalışıram. Ailəmdə, çevrəmdə olanlara məsləhətim də budur”.
İ.Muradov hazırki vəziyyətdən narahat olduğunu da bildirib: “Bəzi insanlar çox məsuliyyətsiz şəkildə davranırlar. Dünyanın ən böyük dövlətlərini çıxılmaz vəziyyətə salan bu virusun bizdən yan keçəcəyini düşünürlər. Bəzilərinin isə “Allaha təvəkkül” deyib öz öhdələrinə düşəni etməməsi insanı çox təəssüfləndirir. Biz üzərimizə düşəni edib sonra Allaha təvəkkül etməliyik. Ölkədə vəziyyət olduqca ciddidir və vətəndaşlar da bu məsələdə məsuliyyətli olmalıdır. Bu, bizim üçün yox, ailəmiz, sevdiklərimiz, cəmiyyətimiz üçün çox vacibdir. Hər kəs öz üzərinə düşən məsuliyyəti dərk etməlidir”.
Könül Aypara jurnalist ile ilgili görsel sonucu
Mediapress.az saytının redaktoru Könül Aypara isə koronavirus məsələsinə ciddi yanaşılmadığını bildirib:
“Bizlər xəbər carçısıyıq. Qlobal məsələlərin haradan, necə qaynarlanmasından ilk olaraq xəbər tutub, ictimaiyyətə ötürürük. Bu, vəzifə borcumuzdur. Gündəlik xəbərləri izləyirəm. Xarici mətbuatda gedən hadisələrdən bəllidir ki, vəziyyət gərgindir. İctimai yerlərdən uzaq gəzmək tövsiyə olunur. Hətta “Facebook”un İngiltərədəki ofisinin rəhbərliyi belə şirkəti bağlı elan edib. İş prosesi evlərdən idarə olunduğu halda bizim camaat koronavirusu lağlağı kimi qəbul etməkdədir. Bütün bunlar Səhiyyə Nazirliyinin boşluğundan irəli gəlir. Millət virusun nə qədər həyat üçün təhlükəli olmasından xəbərsizdir. Spirt, maska... ilkin tibbi tədbirlərdir. Bəs sonra? Kim nə bilir? Mən məcburən xarici dillərdə araşdırmalar aparmalıyam? Niyə?! Bəs müvafiq qurumlar nə işinə baxır? Bir sözlə, yeganə çıxış yolu virusdan qorunmaq üçün evdə oturmaq lazımdır. Əldə etdiyim məlumat budur. O da mümkün deyil”.

“ARB 24”ün xüsusi müxbiri Fərid Azəri isə gündəlik olaraq gigiyenik qaydalara ciddi əməl etdiyini bildirdi:
“Şəxsən mənim virusa qarşı müdafiəm əllərimi mütəmadi yumaqla başlayır. Təbii ki, ictimai nəqliyyatdan hər gün istifadə etməyim də bunu zəruri edir. Daha sonra işlədiyim şirkətin giriş qapısında dezinfeksiya etməyə imkan verən cihaz quraşdırılıb. Şirkətə daxil olarkən, hətta şirkətdən bir neçə dəqiqəlik çıxıb qayıtdıqdan sonra əllərimi həmin məhlulla dezinfeksiya edirəm. Kompüterin klaviaturası ilə mütəmadi təmasda olduğumdan əllərimi tez-tez sabunla yuyuram. Bundan əlavə istifadə etdiyim mobil telefonu belə yaş salfet ilə təmizləyirəm.
Bəzi insanların istifadə etdiyi kimi, maskadan istifadə etmirəm. Çünki mətbuatda maskanın virusdan qorumadığı ilə bağlı silsilə məlumatlar oxumuşam. Lakin şəxsi gigiyena qaydalarına mütəmadi əməl və nəzarət edirəm. Doğrusu, virusa yoluxacağımı ağlımdan belə keçirməmişəm”.
Xalidə Gəray,
“Yeni Müsavat”


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ