Ginekoloq dəhşətli faktları açdı: Bu, sonsuzluğa səbəb olur!
Tarix: 20-11-2022, 16:00
Baxılıb: 130
Google+ Paylaş
Tumblr Paylaş

Ginekoloq dəhşətli faktları açdı: Bu, sonsuzluğa səbəb olur!

20-11-2022, 16:00

Gündəlik həyatda məişət plastikindən, o cümlədən birdəfəlik qablar, butulkalar, qida qabları istifadəsi qadın sonsuzluğunun inkişafına səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu sözləri “Lenta.ru”ya tibb elmləri namizədi, ginekoloq-endokrinoloq Yelena Bordakova deyib.
Həkim bildirib ki, BPA (Bisfenol A) plastik su qablarının və uşaq qidası şüşələrinin istehsalında, qida və su qablarının, qida saxlama qablarının astarlanması üçün istifadə edilən kimyəvi maddədir və məhsulların qablaşdırılması materiallarına daxil edilir.
“Məhz bu kimyəvi element menstrual dövrünün pozulmasına, yumurtalıq ehtiyatının azalmasına, hamiləliyin pozulmasına, vaxtından əvvəl doğuşa, hamiləliyin qarşısının alınmasına, uterus fibromalarının inkişafına və endometrioza səbəb olur. Təəssüf ki, toksinlər bizi hər yerdə əhatə edir. Kimyəvi antibakterial maddələrin, diş pastaları, sabunlar və gellər tərkibindəki triklosan,yumurtalıq ehtiyatının - yumurtaların sayının azalmasına təsir göstərir.
Antibakterial vasitələrin, diş pastalarının, sabunların və gellərin tərkibində olan triklosan yumurtalıq ehtiyatının - yumurtaların sayının azalmasına təsir göstərir.
Parabenlər bir çox dəriyə qulluq vasitələrinin, dezodorantların, yağların, dekorativ kosmetikanın, şampunların, uşaq oyuncaqlarının tərkib hissəsi olan maddələrdir ki, bu da yumurtalıqların ehtiyatını azaldır, həm də ksenoestrogen təsiri yaradır”, - həkim bildirib.
Mütəxəssis əlavə edib ki, plastiklərin bir hissəsi olan ftalatlar da təhlükəlidir, hamilə qalma qabiliyyətini azaldır və embriotoksikliyə təsir göstərir.
“Nəhayət, pestisidlər kənd təsərrüfatında gəmiricilərə, həşəratlara və alaq otlarına qarşı mübarizədə istifadə olunan kimyəvi maddələrdir. Bu maddə hamiləliyin və aybaşı dövrünün pozulmasına, uşaqlıq miomasına, endometrioza səbəb olur. Toksik maddələri həyatınızdan uzaqlaşdırmaq özünüzü qorumağın ən yaxşı yoludur”.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ