Səhərlər bu qidaları yemək olmaz!
Tarix: 31-07-2022, 13:39
Baxılıb: 114
Google+ Paylaş
Tumblr Paylaş

Səhərlər bu qidaları yemək olmaz!

31-07-2022, 13:39

Səhər yeməyi bütün gün ərzində sizi enerji ilə təmin edir.
reportyor.org xəbər verir ki, bu barədə rusiyalı diyetoloq İrina Pisarevanın RT-yə verdiyi müsahibədə danışıb.
“Qarğıdalıdan hazırlanan səhər yeməkləri tövsiyə edilmir, onlar orqanizmi uzun müddət tox saxlamır. Maya məhsulları, şirniyyat və xəmir məmulatları şişkinlik və həzm pozğunluğuna səbəb ola bilər.
Həm də günə yağlı ətlərlə başlamamalısınız, çünki onlar çox gec həzm olunur və bu, səhərlər orqanizm üçün böyük yükdür. Səhər yeməyində meyvə yeməyin, meyvə əsas yeməkdən sonra qəlyanaltı kimi yeyilməlidir. Eyni zamanda səhərlər sitrus meyvə şirələri içmək məsləhət görülmür. Həm də acqarına qəhvə içməyin, bu içki xlorid turşusunun ifrazını stimullaşdırır və ödün ifrazına səbəb ola bilər. Səhər yeməyində yumurta, kəsmik, süd məhsulları və yulaf sıyığı kimi yüngül proteinli qidalar yemək daha faydalıdır”, - Pisareva vurğulayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ