COVID-19-la mübarizə aparan tibb işçilərinin maaşlarına əlavənin müddəti artırılıb
Tarix: 17-01-2024, 09:55
Baxılıb: 108
Google+ Paylaş
Tumblr Paylaş

COVID-19-la mübarizə aparan tibb işçilərinin maaşlarına əlavənin müddəti artırılıb

17-01-2024, 09:55

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əmək haqlarına edilən əlavənin müddəti uzadılıb.
APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, bu müddət aprelin 2-dək uzadılıb.
Qeyd edək ki, əvvəl bu müddət yanvarın 2-dək nəzərdə tutulmUşdu.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ