Bu məşhura ağır diaqnoz qoyuldu: müalicə başladı
Tarix: 8-12-2023, 17:09
Baxılıb: 166
Google+ Paylaş
Tumblr Paylaş

Bu məşhura ağır diaqnoz qoyuldu: müalicə başladı

8-12-2023, 17:09

Türkiyənin məşhur pop ifaçısı İlyas Yalçıntaşın səhhətində ciddi problemlər yaranıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə sənətçi özü instaqramda məlumat yayıb. "Ramsay Hunt" sindromu olduğunu açıqlayıb. 2 aydır xəstəxanalarda qaldığını bildirən məşhur müğənni xəstəliyinin müalicəsinin olduğu öyrənəndə çox sevindiyini deyib.
Romantik mahnıları ilə ürəkləri fəth edən İlyas Yalçıntaş bildirib ki, xəstəliyi ilə əlaqədar olaraq karyerasında durğunluq yaranıb. "Ramsay Hunt” sindromundan əziyyət çəkən məşhur müğənni müalicəyə başlayacağını açıqlayıb.
"Təxminən 2 aya yaxın bir sıra xəstəxana və həkim müayinələri nəticəsində məlum oldu ki, məndə "Ramsey Hunt" sindromu var. Nəhayət ki, bu əziyyətli prosesin öhdəsindən gələcəyimi və xəstəliyin müalicəsi olduğunu bildiyim üçün xoşbəxtəm. Hər kəsə sağlam günlər arzu edirəm, sevgilər.
Dostlar, bu sindrom herpes adlı virusun orta qulağa sirayət edərək eşitmə sinirlərinə ziyan vurduqda yaranır. Son 6 ay ərzində aşağıdakı simptomları yaşayıram: sağ qulağımda davamlı cingilti və qıcıqlanma, üzümün sağ tərəfində uyuşma və şişkinlik, üst damağımda qabarcıqlar, yeriyərkən müvazinət pozğunluğu, yüngül çaşqınlıq kimi şikayətlər. Gələn həftənin çərşənbə axşamından müalicəyə başlayacağıq. Keçmiş olsun duaları göndərən hər kəsə təşəkkür edirəm", müğənni paylaşımında qeyd edib.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ