TƏBİB-dən zəlzələ ilə bağlı SON DƏQİQƏ MƏLUMATI
Tarix: 7-12-2023, 09:39
Baxılıb: 159
Google+ Paylaş
Tumblr Paylaş

TƏBİB-dən zəlzələ ilə bağlı SON DƏQİQƏ MƏLUMATI

7-12-2023, 09:39

Bu gün səhər saatlarında Xəzər dənizində baş verən 5.6 maqnitudalı zəlzələ ilə əlaqədar bu ana olan məlumata görə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə heç bir müraciət daxil olmayıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova deyib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. Təkanlar Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 68 km olub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ