Həkimdən qızılca ilə bağlı MÜHÜM MƏSLƏHƏT
Tarix: 6-12-2023, 10:42
Baxılıb: 239
Google+ Paylaş
Tumblr Paylaş

Həkimdən qızılca ilə bağlı MÜHÜM MƏSLƏHƏT

6-12-2023, 10:42

"Araşdırmalar göstərib ki, qızılca zamanı orqanizmdə A vitamini kəskin düşür. Hiporetinemiya, yəni qanda retinol səviyyəsinin azalması baş verir. Hətta yaxşı qidalanan, amma qızılca xəstəliyi keçirən uşaqda A vitamini kəskin enmiş olur, nəinki qızılca keçirməyən və pis qidalanan uşaqlarda".
Musavat.com xəbər verir ki, bu barədə tanınmış pediatr Aytən İsmayılzadə deyib.
AYTEN.jpg (63 KB)
Pediatr qeyd edib ki, qızılca xəstəliyinə yoluxmuş uşaqda vitamin A yetərli deyilsə və qızılca səbəbilə də bu depo bir az da azalırsa, ağırlaşmalar riski artır:
"Çünki bildiyimiz kimi, A vitamini epitelial örtüklərin tamlığını qoruyur. Qızılcada isə bu örtüklər zədələnir. Dəridə gördüyünüz səpkilərdən hər yerdə olur, gözdə, daxili orqanlarda və s. Yəni virus təsiri ilə baryerlər zədələnir, sətəlcəm inkişaf edir, beyin toxuması da prosesə qoşula bilir. Vitamin A da çatmazsa, bu hadisənin daha pis şəkildə baş vermə ehtimalı var.
Ümumdünya Səhiyyə Təşkilatı xüsusilə vitamin A azlığı yaşanan regionlarda onun yüksək dozada verilməsini təklif etdi. Qızılca zamanı vitamin A yüksək dozada birdəfəlik olaraq verilir, yəni bir gün, bircə dəfə, günlərlə verilmir. 6 aydan kiçik uşaqlara 500 00 BV, 6-12 ay 100 000 BV, bir yaşdan yuxarı 200 000 BV. Bununla belə, vitamin A yüksək dozada uzun muddət istifadə edilməməlidir. Onun da toksiki təsiri ola bilər".
Pediatr onu da qeyd edib ki, vitamin A qızılcanı önləmək üçün deyil. Bunun üçün ancaq peyvənd lazımdır.
Reportyor.org


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ