Prezident İlham Əliyev: Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır
Tarix: 16-03-2024, 14:56
Baxılıb: 18
Google+ Paylaş
Tumblr Paylaş

Prezident İlham Əliyev: Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır

16-03-2024, 14:56

“Şadam ki, baş nazir vəzifəsində fəaliyyətinizə başladığınızdan dərhal sonra siz Azərbaycana səfər edirsiniz. Bu münasibətlə mən sizə təşəkkürümü bildirdim. Eyni zamanda sizi bir daha Baş nazir vəzifəsində fəaliyyətə başlamağınız münasibətilə ürəkdən təbrik edirəm”.
Reportyor.tv xəbərinə görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Respublikasının Baş nazir İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata bəyanatında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, bu səfər çox böyük əhəmiyyət daşıyır: “Biz təkbətək görüş əsnasında bir çox məsələləri geniş müzakirə etdik. Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır. Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşayıblar. Bu möhkəm zəmin üzərində dövlətlərarası münasibətlər qurulub”.





Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ