Azərbaycanda bu sahədə qiymətlər artacaq - AÇIQLAMA
Tarix: 15-08-2023, 12:27
Baxılıb: 265
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda bu sahədə qiymətlər artacaq - AÇIQLAMA

15-08-2023, 12:27

Xəbər verdiyimiz kimi, “Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, “Volt Azərbaycan” MMC-yə məxsus qida məhsullarının çatdırılması (daşınması) müəssisəsində aparılmış planlı yoxlama çərçivəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktları aşkarlanıb.
İqtisadçı ekspert Natiq Cəfərli “Ölkə.Az”a açıqlamasında bildirdi ki, hər hansı bir şirkətin bazardan getməsi rəqabətli mühiti zəiflədən amildir: 
“Volt Azərbaycan” kimi oturuşmuş şirkət bazaradan gedirsə, deməli, rəqabətli mühit zəifləyəcək və nəticədə, çatdırılma şirkətlərində qiymətlər artacaq”.  
Ekspertin sözlərinə görə, istənilən bir şirkətin bazardan getməsi, təbii səbəblərdən olmalıdır: “İnzibati yollarla şirkətlərin bazarda qalıb-qalmaması məsələsi həll olunursa, bu, qəbuledilməzdir. Əgər belə bir təsir varsa, araşdırılmalıdır”. 
“Belə bir şirkətin bazaran çıxması, yüzlərlə şəxsin işsiz qalması deməkdir. Həmçinin rəqabətsizlik mühiti qiymət artımına səbəb olan faktor ola bilər”, - deyə N. Cəfərli əlavə edib. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ