Jurnalistlərə qonaqlıq verən tanınmış iş adamı PULUNU ÖDƏMİR - İŞ MƏHKƏMƏLİK OLDU...
Tarix: 29-09-2023, 08:37
Baxılıb: 222
Google+ Paylaş
Tumblr Paylaş

Jurnalistlərə qonaqlıq verən tanınmış iş adamı PULUNU ÖDƏMİR - İŞ MƏHKƏMƏLİK OLDU...

29-09-2023, 08:37

Məhkəməyə təqdim ediləcək VİDEO-da Müqayis Verdiyev jurnalistlərə restoranda qonaqlıq verir... 
Özünü iş adamı kimi cəmiyyətə təqdim etməyə çalışan Müqayis Verdiyev barəsində redaksiyamıza ilginc məlumatlar daxil olub. 
Birinci məlumatdan bəlli olur ki, əvvəllər dələduzluqda ittiham olunaraq bir neçə dəfə həbs olunan iş adamı Müqayis Verdiyev sahibkar Oruc Məmmədovu aldadaraq ondan külli miqdarda inşaat materialları alıb və onun pulunu yaxın zamanda verəcəyini deyib. Müqayis Verdiyev Oruc Məmmədova söz verib ki, mən DÖVLƏT ZƏMANƏTİ ilə abadlıq və quruculuq işləri aparıram, dövlət layihələrini həyata keçirirəm və s. Müqayis Verdiyevin sözlərinə inanan Oruc Məmmədov ona inanaraq böyük məbləğdə inşaat materiallarını ona nisyə verib. Amma vəd verildiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq Müqayis Verdiyev həmin şəxsin pulunu verməyib. Oruc Məmmədov  deyir ki, hər dəfə Müqayis Verdiyev məni aldadaraq yaxın zamanda pulunu verəcəyini vəd edib. Amma.. Əmması odur ki, sonda Müqayis Verdiyevin vədlərinin yalan olduğunu görən Oruc Məmmədov məhkəməyə üz tutub. Belə ki, Oruc Məmmədov özünü iş adamı kimi qələmə verən Müqayis Verdiyevin dələduz əməlləri ilə bağlı Sumqaylt  Şəhər Məhkəməsinə müraciət edib. Yəqin ki, yaxın zamanda Sumqayıt Şəhər Məhkəməsi sahibkar Oruc Məmmədovun iddia ərizəsinə baxaraq Müqayis Verdiyevin layiq olduğu cəzanı verəcək. Bu hələ harasıdır..? 
Ötən yazımızda  qeyd etdiyimiz kimi  Müqayis Verdiyev öz ətrafında böyük bir media şəbəkəsi yaradıb. Belə ki, Müqayis Verdiyev hansı məmuru şantaj etmək istəyirsə, özünə yaxın olan jurnalistlərə həmin məmurla bağlı sifarişli, şər-böhtan dolu, şantaj xarakterli yazıların yazılmasını sifariş edir. Və Müqayisin mediası işə düşür, sabah bir çox saytlar həmin məmurla bağlı Müqayis Verdiyevin sifariş etdiyi yazıları tirajlayırlar. 
Daxil olan məlumatdan bəlli olur ki, Müqayis Verdiyev özünün muzdlu mediasını, jurnalistləri başına toplayaraq müxtəlif restoranlarda  ( Sərin, Kolizey və s...) yeyib-içmək məclisləri təşkil edir, öz mirzələrinə yalan vədlər verir  və  sonda ortaya şantaj dolu yazılar çıxır. İndi məlum olur ki, Müqayis Verdiyev  həmin restoran sahiblərini də aldadıb. 
Belə ki, daxil olan informasiyadan bəlli olur ki, Müqayis Verdiyev həmin restoran sahiblərinə də atıb. Yəni  bütün qonaqlıqlar NİSYƏ olub. Müqayis Verdiyev restoran sahiblərinə deyib ki, yaxın zamanda külli miqdarda pul alacam və sizin borclarınızı beş qat artıq ödəyəcəm. Amma verdiyi sözə baxmayaraq Müqayis Verdiyev bu günədək restoranlara olan borcunu ödəmir. Belə olduğunu görən restoran sahibləri də Müqayis Verdiyevdən hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşırlar. 
Daxil olan informasiyadan bəlli olur ki, hətta restoran sahibləri Müqayis Verdiyev və başının dəstəsi olan muzdlu mirzələrin restorandakı VİDEO-larını da hüquq-mühafizə orqanlarına təqdim edəcəklər. VİDEO-larda hansı jurnalistlərin olması da maraqlı mövzudur. 
Sözün qısası, əvvəllər dəfələrlə dələduzluqda ittiham olunaraq həbs olunan, indi isə özünü iş adamı kimi tanıdan Müqayis Verdiyevin ifşa olunması yaxın zamanda baş verəcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ