"Qalatasaray" və "Fənərbağça" Azərbaycan millisinin futbolçusu ilə maraqlanır
Tarix: 9-01-2022, 17:00
Baxılıb: 426
Google+ Paylaş
Tumblr Paylaş

"Qalatasaray" və "Fənərbağça" Azərbaycan millisinin futbolçusu ilə maraqlanır

9-01-2022, 17:00

Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Mert Çelik karyerasını Türkiyədə davam etdirə bilər.
"Report" "Star"a istinadən xəbər verir ki, Superliqada çıxış edən "Fatih Karagümrük" və "Qaziantep" klubları 22 yaşlı müdafiəçiyə təklif göndərib.
Müqavilə ilə "Başakşehir"ə məxsus olan oyunçunun "Qalatasaray" və "Fənərbağça"nın da maraq dairəsində olduğu iddia edilir.
Qeyd edək ki, transfer dəyəri 350 000 avro olan Mert Çelik bu mövsüm "Neftçi"nin heyətində 18 oyun keçirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ